“İran atəşkəsdən istifadə edir”
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran hava hücumlarından sonra dağıntılar altında qalan silah ehtiyatlarını bərpa etmək üçün atəşkəs rejimindən istifadə edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmisinə və məsələyə yaxın iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Tehran hökuməti ABŞ və İsrailin hücumlarından sonra yer altında gizlədilmiş və ya dağıntılar altında qalmış raket və digər sursatların çıxarılması istiqamətində fəaliyyətini gücləndirib.
Məlumata görə, ABŞ rəsmiləri İranın bu addımla pilotsuz uçuş aparatları və raket imkanlarını qısa müddətdə bərpa etməyə çalışdığını düşünür.
Mənbələrin sözlərinə görə, rəsmi Tehran mümkün yeni eskalasiya ehtimalını da nəzərə alır. Belə ki, Donald Tramp administrasiyası hərbi əməliyyatları yenidən başlatmaq qərarı verərsə, İranın Yaxın Şərqdə cavab hücumları həyata keçirmək imkanlarını qorumağa çalışdığı qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 May 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















