İran Avropa ilə nüvə sazişi üzrə danışıqların bərpa olunacağını açıqlayıb
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İran və Avropa ölkələri tezliklə 2015-ci il İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmaq barədə danışıqları bərpa edəcəklər. Bu razılaşmanın yerinə yetirilməsi o zaman ABŞ Prezidenti olan Donald Trampın 2018-ci ildə birtərəfli çıxmasından sonra mümkün olmamışdı.
“Report” xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İran dövlət televiziya və radio şirkətinin efirində bildirib.
“Hazırda Avropa ölkələri səviyyəsində danışıqların bərpasına maraq göstərilir. Biz, yəqin ki, tezliklə onlara başlayacağıq”, – Əraqçi söyləyib.
“BHFP-nin bərpası üzrə danışıqlar prosesi bir neçə il davam edib. O, Trampın 2021-ci ildə ABŞ prezidenti postundan getməsindən sonra başlayıb. Cozef Bayden administrasiyası nüvə sazişinə qayıtmaqda maraqlı olduğunu bildirib. Danışıqlar prosesi İranın Prezidenti İbrahim Rəisinin fəaliyyəti dövründə davam edib”, – diplomat qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Noyabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















