Icma.az
close
up
RU
İran Azərbaycan bağlı bu xəbəri niyə indi yaydı? 4 il əvvəlki məsələ...

İran Azərbaycan bağlı bu xəbəri niyə indi yaydı? 4 il əvvəlki məsələ...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün bəzi mənbələr İranın Ali rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı ofisinin fəaliyyətini bərpa etməsinə dair xəbər yayıb. APA informasiya agentliyi məlumatı təkzib edib.İndiki məqamda belə bir məlumatın gündəmə buraxılmasının səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Xameneinin müxtəlif müsəlman ölkələrində ofisləri fəaliyyət göstərir:

“Bu ofislər İranla yerləşdiyi ölkədə islam irsini, xüsusilə də şiə təriqəti irsini əks etdirən dini və mədəni əlaqə rolunu oynayırlar. Azərbaycanda bu ofis Seyid Əli Əkbər Ocaqnejadın Bakıdakı Hüseyniyyə məscidində yerləşən nümayəndəliyi vasitəsilə mövcudluğunu qoruyub saxlayırdı.

2021-ci ilin oktyabrında Azərbaycan COVİD-19-un sağlamlıq tədbirlərini əsas gətirərək Hüseyniyyə məscidini və Xameneinin nümayəndəsinin ofisini bağlayıb. Azərbaycan Daxili İşlər Nazirliyi məscidin koronavirusun yayıldığı məkan olması ilə əlaqədar bağlandığını bildirib. Bunun xüsusən İranın Azərbaycan sərhədi yaxınlığında keçirdiyi hərbi təlimlərdən sonra gərginliyin artması ilə üst-üstə düşməsi diqqət çəkdi. Sonralar məlum oldu ki, ofisin bağlanması təkcə COVİD pandemiyası ilə yox, həm də ofis rəhbərinin qeyri-qanuni işləri ilə bağlıdır”.

Əlimusa İbrahimov

Ekspert deyib ki, bu hadisələrə baxmayaraq İranla Azərbaycan arasında  diplomatik əlaqələr davam edir:

“2025-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev İranın milli bayramı münasibətilə Əli Xameneiyə təbrik məktubu göndərərək, ortaq mənəvi dəyərlərə və mehriban qonşuluğa əsaslanan ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

Bundan əlavə, 2025-ci ilin yanvarında Prezident Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib və o, Ali rəhbər Xameneinin və Prezident Məsud Pezeşkianın salamlarını çatdırıb. Görüşdə tərəflər iki ölkə arasında dərin mədəni, tarixi və dini əlaqələri vurğulayıblar.

Ehtimal ki, İranın yeni prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı Xameneinin Bakıdakı ofisinin yenidən fəaliyyətə başlaması müzakirə edilib. Rəsmi Bakının bu təklifi tezliklə qəbul etməsi inandırıcı deyil. Lakin bu baş tutsa belə, ofis Azərbaycan qanunlarına ciddi riayət edəcək və əvvəlki ofis rəhbərinin buraxdığı səhvləri təkrar etməyəcək. Ocaqnejadın da yenidən ofisə rəhbərlik edəcəyi gözlənilən deyil. Çünki bu şəxsin yenidən fəaliyyətə başlaması münasibətlərin müsbət inkişafına mane ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri