İran Azərbaycan əleyhinə propaqanda etməklə düşünür ki, Azərbaycanı öz kölgəsində saxlaya biləcək
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Rufiz Hafizoğlu danışıb. Siyasi şərhçi bildirib ki, Azərbaycan rəsmilərinin bəyanatları olmasına baxmayaraq, İran Azərbaycana güvənmir. Şərhçinin fikrincə, Azərbaycan bu məsələdə olduqca şəffaf münasibət göstərib: “Azərbaycanın enerji siyasəti və hərbi siyasəti hər zaman şəffaf olub. Biz ərazilərimizdə digər ölkələrin qüvvələrinin yerləşdirilməsinin qəti əleyhinə olmuşuq və heç bir halda öz ərazimizdə digər ölkənin bazalarının yerləşdirilməsinə icazə verməmişik.
Bundan sonra da bu siyasət bu cür davam edəcək. Bu, olduqca müsbət tendensiyadır”.
Rufiz Hafizoğlu
“İranda belə deyil. Çünki İran Azərbaycanı hər zaman "arxa baxça"sı kimi görür. İran Azərbaycan əleyhinə propaqanda etməklə düşünür ki, Azərbaycanı yenə İranın kölgəsində saxlaya biləcək. Bu gün Azərbaycan heç bir dövlətin kölgəsində deyil. Nə İranın, nə Rusiyanın, nə Türkiyənin, nə də Birləşmiş Ştatların. Azərbaycanın öz maraqları var”-deyə Rufiz Hafizoğlu qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 13 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















