İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi gündəmdədir
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi hökumətin gündəmindədir.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani deyib.
Onun sözlərinə görə, üçtərəfli dəmir yolu infrastrukturunun inkişafı qonşu ölkələr arasında əməkdaşlığı genişləndirmək məqsədi daşıyır: "İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi hökumətin gündəmindədir".
Rza Rəhmani əlavə edib: "Prezident Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfərinin nəticələrindən biri Qərbi Azərbaycan vasitəsilə trans-regional əməkdaşlıq üçün yeni vüsət alacaq: “Bu səfər zamanı Qafqaz və Fars körfəzi ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli danışıqlar aparılıb və beynəlxalq kommunikasiyaların genişləndirilməsi müzakirə olunub”.
Qərbi Azərbaycan valisi bildirib ki, əyalət yüksək potensiala və həssas strateji mövqeyə malikdir: "Naxçıvan bölgəsi ilə 150 kilometrə yaxın ümumi sərhəd Asiyadan Avropaya gedən beynəlxalq ticarətdə mühüm rol oynaya bilər. Şərq-Qərb dəhlizinin qısaldılması üçün Qərbi Azərbaycan dəmir yolu xətti hər iki tərəf üçün regionda ticarətin inkişafı və iqtisadi rifah üçün fürsət yaradacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 01 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















