Icma.az
close
up
RU
İran BAEA münasibətləri bərpa olunacaqmı?

İran BAEA münasibətləri bərpa olunacaqmı?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İran İslam Respublikası Beynəlxalq Atom Enerji Agentliyi ilə əlaqələri yenidən bərpa edə bilər. Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında İran və BAEA arasında bundan sonrakı münasibətlər ilə bağlı məsələlərə aydınlıq gətirib. Bəqai qeyd edib ki, hazırda İranda heç bir beynəlxalq nüvə müfəttişi fəaliyyət göstərmir, lakin o, BAEA-nın direktorunun müavini Massimo Aparonun Tehrana yaxın on gün ərzində səfərinin baş tutacağını jurnalistlərin diqqətinə çatdırıb. Onun sözlərinə görə, BAEA-nin rəsmisi ilə görüşdən sonra İranın beynəlxalq qurum ilə münasibətlərinin yenidən bərqərar olunması ilə bağlı müəyyən addımlar nəzərdən keçirilə bilər. İran XİN-in rəsmisi Tehranın Qərb dövlətləri ilə nüvə proqramına dair danışıqlarda güzəştə gedib-getməyəcəyi ilə bağlı suallar? cavablandırarkən bildirib ki, İranın müdafiə imkanları danışıqlarda heç vaxt müzakirə mövzusu olmayacaq. Xatırladaq ki, iyunun 24-də İran parlamentinin müvafiq komitəsi Beynəlxalq Atom Enerji Agentliyi  ilə əməkdaşlığın dayandırılması barədə qanun qəbul edib. İran hakimiyyəti bunun səbəbini BAEA-nın İsrail və ABŞ-ın 12 gün ərzində İrandakı nüvə obyektlərinə raket hücumlarına heç bir ciddi reaksiya verməməsi ilə əlaqələndirib.

Münasibətlər yenidən bərpa oluna bilər, amma...

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bunun üçün ilk növbədə Qərb və İran ortaq məxrəcə gəlməlidir: “İran ilə BAEA arasında münasibətlərin bərpası ABŞ-ın Tehranın nüvə proqramına mövqeyinin dəyişməsindən, o cümlədən Avropa İttifaqının, xüsusilə də Avropanın 3 aparıcı ölkəsi - Britaniya, Fransa və Almaniyanın bu prosesdə güc balansına nə dərəcədə təsir edəcəyindən asılıdır. On iki günlük İsrail-İran müharibəsindən sonra Tehran BAEA ilə danışıqları faktiki olaraq dayandırıb. BAEA də İranın nüvə proqramı ilə bağlı mövqeyini dəyişib, belə demək mümkünsə, agentliyin İrana irəli sürdüyü tələblər Vaşinqtonun tələbləri ilə üst-üstə düşür. Yəni, İranın nüvə proqramı ləğv edilməlidir və bu proqram birbaşa nəzarətə götürülməlidir. Tehran isə bunu qəbul etmir. İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin raket zərbələri nəticəsində İranın nüvə obyektləri ciddi zərər görsələr də, Tehran öz nüvə proqramından imtina etmək niyyətində deyil. İran rəsmiləri bəyan edirlər ki, Tehranın nüvə proqramı yalnız dinc məqsədlər üçün istifadəyə yönəlib. Amma İran hakimiyyəti öz məqsədində nə qədər qərarlı görünsə də, Qərb ilə danışıqları və BAEA ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Xüsusilə də Avropa İttifaqı və Avropa üçlüyü - Britaniya, Fransa və Almaniya ilə danışıqların aparılmasına üstünlük verir. Təbii ki, İranın danışıqlarda əsas hədəfi ortaq mövqeyin tapılması, növbəti hərbi müdaxilənin qarşısının alınması və öz nüvə obyektlərində bərpa işləri aparmaq üçün zaman qazanmaqdır”. Politoloq  əlavə edib ki, bu məsələdə İranın mövqeyi də nəzərə alınmalıdır. Belə ki, əgər Qərb İranın nüvə proqramından dinc məqsədlər üçün istifadə ilə bağlı mövqeyini qəbul edərsə, Tehran yenidən BAEA-nın müfəttişlərini nüvə obyektlərində yoxlamalar aparmaq üçün ölkəyə buraxa bilər. Hətta belə bir halda BAEA İranın nüvə proqramına müəyyən nəzarət etmək imkanı da qazana bilər. Ancaq son hadisələrdən sonra vəziyyət artıq dəyişib. Qərb ilə İran arasında qarşılıqlı etimadın bərpası kifayət qədər çətin görünür.

İranın digər şərtləri də ola bilər

“Əgər Qərb ilə yenidən danışıqlar bərqərar olunacaqsa, Tehran bu danışıqlarda təkcə nüvə məsələsini qaldırmayacaq, həmçinin İrana qarşı beynəlxalq təcrid siyasətinə son verilməsini və sanksiyaların aradan qaldırılmasını, eləcə də İrana növbəti hərbi müdaxilənin baş verməyəcəyi ilə bağlı öhdəliyin götürülməsini tələb edəcək. Bütün bu məsələlər üzrə ümumi razılıq əldə olunmalıdır. Ümumiyyətlə, İran üçün əsas tərəf BAEA deyil, ABŞ və Aİ-dir. BAEA yalnız nəzarətedici funksiyanı yerinə yetirir,” - deyə A.Nərimanlı vurğulayıb.

Yunis ABDULLAYEV  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri