Icma.az
close
up
RU
İran baş prokurounun müavini Orxanın atası ilə nə danışıb? AÇIQLANDI

İran baş prokurounun müavini Orxanın atası ilə nə danışıb? AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.

Hazırda proses nə yerdədir, edam nə vaxt baş tutacaq?
 

Məsələ ilə bağlı Modern.az-a danışan Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, hələ ki edam günü ilə bağlı onlara heç bir məlumat verilməyib:
 

“Edam günü ilə bağlı bizdə heç bir məlumat yoxdur. Ailə üzvlərinin edam tələbi ilə əlaqədar ərizə yazmalı olduğunu dedilər. Ərizəni yazıb göndərdik. Təbrizdəki Baş konsulun adına etibarnamə yazdıq ki, İranda bütün məsələləri adımızdan həll etsin. Sənədlər hazırlayıb vermişik”.
 

R.Əsgərov kompensasiya tələbi məsələsinə də toxunub:
 

“2023-cü ildə İrandan nümayəndə heyəti gəlmişdi. Nümayəndə heyətinin rəhbəri İranın baş prokurorunun müavini idi. Məni və kiçik oğlumu dəvət etmişdi. Baş prokurorun müavini İran dövləti adından üzrxahlığını bildirdi, başsağlığını çatdırdıqdan sonra dedi ki, İran qanunvericiliyinə görə, öldürülən şəxsin ailəsi ya kampensasiya, yaxud da edam tələb edə bilər. Bizim də, şəxsən mənim tələbim edam oldu.  Məsələ birdəfəlik bağlanıb. Bizim mövqeyimizin qəti olduğunu gördülər".
 

Orxanın atası onun dostlarının daim onlarla maraqlandığını da söyləyib: "Bəli, mütəmadi zəng edirlər, ailəsinə baş çəkirlər, mənə zəng edirlər. Onların hamısının atasını da tanıyıram. Orxanın iş yoldaşları bizimlə həmişə maraqlanırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri