İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Bəhreynin Mühərrək vilayətində İran tərəfindən endirilən zərbə nəticəsində yaşayış binasına ziyan dəyib.
APA xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, İranın hücumu nəticəsində Mühərrək vilayətində yerləşən yaşayış binası zədələnib. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb.
Məlumata görə, aidiyyəti dövlət qurumları hadisə yerində araşdırma və zərərin qiymətləndirilməsi işlərini davam etdirirlər.
İran tərəfinin məlumatına əsasən, hücumların hədəfi Küveytdə yerləşən Əli əl-Salem aviabazası və Bəhreyndəki Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazası olub.
Tehranda bu əməliyyatların ABŞ-ın hərbi əməliyyatına cavab olaraq həyata keçirildiyi bildirilib. İran rəsmiləri həmçinin gərginliyin daha da artacağı təqdirdə daha qəti addımlar atmağa hazır olduqlarını bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 28 İyun 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















