İran bəzi bölgələrdə daxili və beynəlxalq uçuşlara qoyulmuş qadağaların müddətini uzadıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran bəzi regionlarda daxili və beynəlxalq reyslərə qoyulan qadağanın müddətini çərşənbə günü Bakı vaxtı ilə saat 14:30-a qədər uzadıb, ölkə ərazisi üzərindən beynəlxalq tranzit uçuşların həyata keçirilməsi imkanını saxlayıb.
Oxu.Az bu barədə İranın Mülki Aviasiya Təşkilatının saytına istinadla xəbər verir.
"Vətəndaşlarımızdan ölkənin şimal, cənub və qərbindəki hava limanlarından, o cümlədən Mehrabad hava limanından və İmam Xomeyni Beynəlxalq Hava Limanından (hər ikisi Tehranda - red.) istifadə etməkdən çəkinmələrini xahiş edirik", - deyə məlumatda bildirilir.
Eyni zamanda, ölkənin mərkəzi və qərb hissələrinin hava məkanı beynəlxalq tranzit uçuşlar üçün açıq qalır, ölkənin şərq hissəsi həm tranzit uçuşlar, həm də İranın bu hissəsindən həyata keçirilən beynəlxalq və daxili uçuşlar üçün açıqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 İyul 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















