Icma.az
close
up
RU
“İran bir anda parçalanmayacaq” Məhsa Mehdilinin Şərq ə MÜSAHİBƏSİ

“İran bir anda parçalanmayacaq” Məhsa Mehdilinin Şərq ə MÜSAHİBƏSİ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Xaricdən gətirilmiş fiqurun legitimliyi yoxdur”

Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a müsahibəsində İranda son dövrlər dərinləşən sosial-siyasi gərginliyi və iğtişaşların mümkün nəticələrini dəyərləndirib. O, müsahibə zamanı Molla rejiminin gələcəyi, Rza Pəhləvinin Qərbin dəstəyi ilə yenidən hakimiyyətə gətirilməsi ehtimalları, eləcə də İranın etnik və regional xətt üzrə parçalanması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib, mövcud proseslərin regional və beynəlxalq müstəvidə doğura biləcəyi nəticələri şərh edib.

M. Mehdilinin dediyinə görə, İranda baş verənlər təkcə ani etirazlar və ya spontan iğtişaşlar deyil. Bu proseslər illərdir yığılan struktur problemlərin nəticəsidir. Söhbət yalnız siyasi azadlıqlardan getmir; dərin iqtisadi böhran, sosial ədalətsizlik, etnik və mədəni inkar siyasəti, gənclərin gələcəyə inamsızlığı və sistemin özünü yeniləyə bilməməsi əsas səbəblərdir.

Tehran hakimiyyəti bu problemləri həll etməklə deyil, bastırmaqla idarə etməyə çalışır. Bu isə qısamüddətli səssizlik yarada bilər, amma uzunmüddətli sabitlik yaratmır. Ona görə də etiraz dalğaları bir müddət sakitləşsə belə, müxtəlif formalarda yenidən ortaya çıxacaq. Gözləntilərimə görə, qısa müddətdə sistemin köklü şəkildə dəyişməsi ehtimalı zəifdir. Amma mövcud vəziyyət bu şəkildə də davam etməyəcək. 

Etirazlar periodik olacaq, daha parçalı və daha mürəkkəb formalar alacaq, artıq dövlət–cəmiyyət arasındakı etimad tamamilə aşınma mərhələsinə girib. 

- Molla rejiminin devrilməsi baş verərsə, Qərb ölkələrinin açıq və ya dolayı dəstəyi ilə Rza Pəhləvinin alternativ siyasi fiqur kimi hakimiyyətə gətirilməsi ehtimalı tez- tez səsləndirilir. Belə bir ssenari nə dərəcədə real görünür? 

 -Bu ssenari mediada və diaspor diskursunda çox şişirdilir, amma sahə reallığı ilə ciddi ziddiyyət təşkil edir. Birincisi, Rza Pəhləvinin İran daxilində real və ölçülə bilən toplumsal bazası yoxdur. Onun dəstəyi əsasən İran xaricindəki diaspor, sosial mediada görünən, amma ölkə daxilində təşkilatlanmamış çevrələr və qərbdə müəyyən lobbi dairələri ilə məhdudlaşır. 

İkincisi, Qərbin (xüsusilə ABŞ-ın) əsas prioriteti İranda demokratiya qurmaq deyil, regiondakı maraqlarını qorumaqdır. Demokratiya və insan haqları çox zaman bu maraqlar üçün alət kimi istifadə olunur.

Üçüncüsü, İran kimi mürəkkəb, çoxetnik və güclü təhlükəsizlik aparatına malik bir ölkədə xaricdən gətirilmiş bir fiqurun daxili legitimlik olmadan sabit bir idarəçilik qurması real deyil. 

-İranda davam edən iğtişaşlar və mərkəzi hakimiyyətə qarşı artan narazılıqlar fonunda ölkənin gələcəkdə 3 yerə parçalanacağı, xüsusilə Güneydə yaşayan Azərbaycan türklərinin, eləcə də kürd və bəluç icmalarının öz müstəqil dövlətlərini quracağı ilə bağlı iddialar səsləndirilir. Sizcə, İranın etnik və regional xətt üzrə üç və ya daha çox hissəyə bölünməsi ehtimalı nə dərəcədə realdır? Belə bir ssenari daxili güc balansı, mərkəzi hakimiyyətin nəzarət imkanları və regional–beynəlxalq aktorların maraqları baxımından hansı nəticələrə gətirib çıxara bilər?”

-“İranın üç yerə parçalanacağı – Güney Azərbaycan, kürdlər və bəlucların öz dövlətlərini quracağı” iddiaları hazırkı mərhələdə reallığa uyğun deyil və məsələni həddindən artıq sadələşdirən yanaşmadır. Bu cür oxunuşlar mürəkkəb, çoxqatlı və uzunmüddətli bir prosesi tək bir nəticəyə bağlamağa çalışır.

İranda baş verən kaosun əsas səbəbi yalnız xarici müdaxilələr deyil. Əsas problem İranın öz daxilində yığılıb qalan sosial, iqtisadi və siyasi böhranlar, cəmiyyətdə yaranmış dərin qırılmalardır. Bu problemlər həll olunmadıqca, etirazlar və gərginlik dalğaları müəyyən dövrlərdə yenidən ortaya çıxacaq. Amma bu vəziyyət avtomatik olaraq “üç yeni dövlətin yaranması” ilə nəticələnmir.

Hazırkı mərhələdə daha real olan ssenari İranın bir anda parçalanması yox, uzun müddət davam edən qeyri-sabitlik və idarəolunma böhranıdır. Belə mühitlərdə bölgələr öz mövqelərini yenidən düşünməyə başlayır, amma bu proseslər tələskən və ani siyasi nəticələr doğurmur.

Güney Azərbaycan məsələsini bu çərçivədə ayrıca qeyd etmək lazımdır. Güney Azərbaycan tarixən və bu gün də hadisələrə Təbriz mərkəzli baxışla yanaşıb və öz yolunu Tehran mərkəzli deyil, öz ictimai-siyasi ağlı ilə formalaşdırmağa çalışıb. Bu prosesin gələcəkdə hansı siyasi formaya düşəcəyini indidən dəqiq demək mümkün deyil.

Ona görə də “İran üç yerə bölünəcəkmi?” sualından daha doğru sual budur:

İran dövləti bu dərin böhranlara real bir çözüm mexanizması yarada biləcəkmi, yoxsa yalnız bastırma siyasəti ilə xaosu uzadacaqmı?

Əgər ikinci yol davam edərsə, qeyri-sabitlik dərinləşəcək. Amma bunun konkret olaraq hansı siyasi nəticələrə gətirib çıxaracağını zaman göstərəcək. Hazırda bölgələrin qurulması ilə bağlı iddialar daha çox ehtimallar və siyasi spekulyasiyalar səviyyəsindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri