İran: Biz nüvə silahının arxasınca qaçmırıq
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha bəyan edib.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian 1979-cu il inqilabının ildönümünü qeyd etmək üçün Tehranda səfirlər və xarici nümayəndəliklərin rəhbərləri ilə görüşüb.
Nüvə silahından istifadənin ölkə doktrinasında yeri olmadığını təkrarlayan Pezeşkian, "Müharibə bizim xeyrimizə deyil. Biz nüvə silahının arxasınca qaçmırıq. Bu, ölkə liderinin (Əli Xamneyinin) fitvasıdır. Bu ölkədə (nüvə silahı) iddia edənlər belə bizi nüvə silahı idarəçiliyinə yönəldə bilməzlər, çünki İran administrasiyası məsum insanları öldürməyi heç vaxt qəbul edə bilməz"-deyə, bildirib.
İsrailin bölgədəki bütün ölkələrə hücumları ilə yanaşı İranın nüvə fəaliyyətləri ilə bağlı iddialar irəli sürdüyünü xatırladan Pezeşkian, Beynəlxalq Atom Enerjisi Agentliyinin sözügedən obyektləri dəfələrlə təftiş etdiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Fevral 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















