İran bu Avropa ölkələrinə işarə etdi: Onları qovmaq lazımdır!
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranda radikal “Sabitlik Cəbhəsi” Partiyasının parlamentdəki nümayəndəsi Həmid Rəsai Avropaya qarşı sərt bəyanatla çıxış edib.
Globalinfo.az xəbər verir ki, deputat xarici işlər naziri Abbas Əraqçını təcili olaraq Britaniya, Fransa və Almaniyanın səfirlərinin Xarici İşlər Nazirliyinə çağırmasını və onların ölkədən çıxarılması istiqamətində addımlar atmalı olduğunu bildirib.
Rəsainin bu çağırışı Avropa dövlətlərinin İrana qarşı “tətik mexanizmini” işə salmasına cavab kimi qiymətləndirilir. Onun sözlərinə görə, belə bir addım İranın milli maraqlarının müdafiəsi və ölkəyə qarşı artan siyasi təzyiqlərə cavab verilməsi baxımından vacibdir.
Deputat həmçinin vurğulayıb ki, gələn həftə parlamentdə rəsmi şəkildə bu məsələni gündəmə gətirəcək və üç ölkənin diplomatlarının qovulması ilə bağlı xüsusi layihə təqdim edəcək.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Avqust 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















