İran bu ərazidə dron uçuşlarını dayandırdı, ABŞ başladı
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın uzunmənzilli kəşfiyyat dronları ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkoln ilə baş verən hadisədən sonra Ərəbistan dənizi üzərində uçuşları dayandırıb.
Turkustan.az xəbər verir ki, Flightradar24 aviasiya resursunun məlumatlarına görə, son iki gün ərzində İran sahillərindən 800 km məsafədə fəaliyyət göstərən təyyarədaşıyan gəminin yaxınlığında İranın kəşfiyyat dron uçuşları aşkar edilməyib.
CENTCOM-un məlumatına əsasən fevralın 3-də F-35C Lightning II təyyarədaşıyan təyyarəsi Ərəbistan dənizində ABŞ-ın USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə yaxınlaşan İranın Şahed-139 dronunu vurub.
Həftəsonu CENTCOM İran qüvvələrinə ABŞ hərbi gəmilərinin üzərindən uçuşlar və ya sürətli qayıqların yaxınlaşması kimi təhlükəli manevrlərə dözməyəcəyi barədə xəbərdarlıq edib:
"ABŞ qüvvələrinin yaxınlığında hər hansı bir təhlükəsiz və qeyri-peşəkar davranış münaqişə, eskalasiya və qeyri-sabitlik riskini artırır".
Flightradar24 aviasiya resursunun məlumatlarından aydın olur ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon sualtı qayıq əleyhinə patrul təyyarəsi və MQ-4C Triton uzunmənzilli elektron kəşfiyyat dronu fevralın 5-də İrandan cənub-şərqdə çoxsaatlıq uçuşlar həyata keçirib.
P-8A Poseidon təyyarəsi Hörmüz boğazı və Oman körfəzi üzərində bir neçə saat uçuş həyata keçirib. Daha sonra MQ-4C Triton təyyarəsi İranın cənub-şərq sahillərində, Oman körfəzində beynəlxalq sular üzərində geniş kəşfiyyat uçuşu həyata keçirib. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 06 Fevral 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















