Icma.az
close
up
RU
İran bu ölkə ilə birlikdə Suriyanı bölmək istəyir Sensasion plan

İran bu ölkə ilə birlikdə Suriyanı bölmək istəyir Sensasion plan

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

YPG ilə İran arasında danışıqların gedişatı sürətlənib. Terror təşkilatı ələ keçirdiyi neft quyularını əməkdaşlıq üçün Tehrana təklif edib.

Publika.az xəbər verir ki, 61 illik Baas rejiminin devrilməsindən sonra dirçəlməyə başlayan Suriyanı İran və İsrail qızışdırmağa çalışır.

PKK-nın işğal bölgəsindən iki mühüm idim - Əbdüləziz Temo və Mehdi Davud son hadisələri dəyərləndirib.

Kürd rəy lideri Əbdüləziz Temo deyib ki, PKK-YPG məsələsi təcili həll edilməlidir:

“İndi Rakka, Qamışlı, Şəddadi, Rumeylan, Malikiye, Ayn əl-Ərəb, Ayn İsa və Təbkə xalqı azadlıq istəyir. Digər tərəfdən, Latakiya və Tartusdakı Nusayri separatçı qrupları bütün ümidlərini PKK-YPG terror dəhlizinə bağlayıb. Suriyanın gələcəyi bu terrorçu işğal xəttinin normallaşmasından və bütün Suriyanın qurulmasından asılıdır. Bir tərəfdən İsrail və İran ölkəni parçalayacaq xaos və sosial partlayışlar təşkil etməyə çalışırlar .

Dəməşqlə danışıqlar YPG-nin mərkəzi orduya inteqrasiyası və siyasi sahədə regional muxtariyyət səviyyəsində başlayıb. Onların bütün təklifləri rədd edilib və bu məqamda bir çox tələblərdən əl çəkərək Suriyanın tərkibində qalmaq istədikləri bildirilib. Digər tərəfdən, neft və qaz quyularının, bəndlərin, sərhəd qapılarının, kənd təsərrüfatı mərkəzlərinin və bütün rəsmi qurum və təşkilatların köçürülməsinə hazır olduqlarını bildiriblər. Hətta bəzi quyularda transfer prosesinə başlanılıb”.

Digər suriyalı kürd rəy lideri Mehdi Davud qeyd edib ki, İŞİD reallığının ortaya çıxması bir çox Qərb kəşfiyyatının əsl simasını ortaya qoyacaq:

“Bu səbəbdən də bunu PKK-nın təşəbbüsünə buraxıb kor, kar və lal oynayırlar. Nəinki PKK-YPG-ni legitimləşdirən kozu əldən vermək, həm də cinayətlərinin üzə çıxmasının qarşısını almaq üçün Türkiyə və ya Dəməşqin İŞİD-ə müdaxiləsinin qarşısını alırlar. Bununla belə, hər cür qoruyucu qalxanlara baxmayaraq, onlar sözün əsl mənasında yox olmaq ərəfəsindədirlər. 70-80 faiz ərəblərdən ibarət struktur dağılıb. 60-70 min civarında olan terrorçuların sayı 20 mindən aşağı düşüb”.

Aysel Şahmar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri