İran cəmiyyəti məscidləri yandıranları qəbul etmir Pezeşkian
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İran xalqı iğtişaşlarla razılaşmadığını ifadə etmək üçün küçələrə çıxmalıdır”.
Modern.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkianın bu sözlərini "Al Mayadeen" telekanalı yayıb.
İran prezidenti xalqa televiziya müraciətində bildirib:
“İran xalqını meydanlara çıxmağa, mövqeyini ifadə etməyə və iğtişaşların onun tələblərini təhrif etməsinə imkan verməməyə çağırırıq”, – deyə prezident bildirib. O vurğulayıb ki, “İran cəmiyyəti məscidləri yandıranları qəbul etmir”.
Pezeşkian mülki şəxslərin həlakı ilə bağlı başsağlığı verib və gəncləri terrorizmə və iğtişaşlarda iştiraka qarşı xəbərdar edib. “Biz sülh yolu ilə keçirilən etirazları rəsmi şəkildə tanıyır və etirazçılarla dialoqu öz borcumuz hesab edirik. Ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2025-ci il dekabrın 29-da Tehranda rialın məzənnəsinin kəskin ucuzlaşmasına etiraz olaraq ticarətçilərin aksiyaları başlayıb. Dekabrın 30-da etirazlara tələbələr də qoşulub. İğtişaşlar ölkənin əksər böyük şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də küçələrdə silahlı naməlum qruplar peyda olub, hüquq-mühafizə orqanları ilə toqquşmaların sayı artıb. İran hakimiyyəti iğtişaş törədənləri terrorçu adlandırıb və hadisələrin təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















