İran cəmiyyəti rejinin getməsini istəyir SORGU
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müstəqil GAMAAN tədqiqat qrupu VPN vasitəsilə İranda anonim internet sorğusu keçirib.
“AzPolitika” xəbər verir ki, təşkilat cavbalara əsaslanaraq İran cəmiyyətinin siyasi baxışlarını araşdırır.
Sorğuda iştirak edən 30 mindən çox iranlının 41 faizi rejimin dəyişdirilməsini dəstəklədiyini bildirib. Daha 21 faiz isə İslam Respublikasının mərhələli şəkildə struktur islahatlara məruz qalmasını istəyib.
Sorğu iştirakçılarının yalnız təxminən 12 faizi İslam İnqilabının prinsiplərini və ali lider institutunu dəstəklədiyini bildirib.
Lakin siyasi dəyişikliklərin hansı üsulla baş verməli olduğu barədə fikirlər daha çox parçalanıb. Respondentlərin:
31,4 faizi – vətəndaş etirazlarını,
18,4 faizi – xarici təzyiq və ya müdaxiləni,
14,4 faizi – seçkilər vasitəsilə dəyişiklikləri,
5,5 faizi isə zorakı etirazları dəstəklədiyini bildirib.
Nəticələr göstərir ki, İranda davam edən sosial-iqtisadi, siyasi problemlər, rejimin qəddarlığı və yaratdığı məhdudiyyətlər əhalini bezdirib və cəmiyyətin əksər təbəqələri dəyişiklik istəyir. İranın klerikal rejimi isə islahatlara getmək əvəzinə xalq etirazlarını qanla boğaraq mövcudluğunu saxlamağa üstünlük verib.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 05 Mart 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















