Icma.az
close
up
RU
İran cəmiyyətindəki ab havanın carçısı: Pezeşkianın oğlunun mesajındakı şifrələr

İran cəmiyyətindəki ab havanın carçısı: Pezeşkianın oğlunun mesajındakı şifrələr

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

​​​​​​İsrail-İran hərbi münaqişəsindən sonra rəsmi Tehranın xarici siyasət ritorikasındakı dəyişikliklər hiss edilməyə başladı. İran rəsmiləri əvvəlkindən fərqli olaraq, açıqlamalarında aqressivlik tonunu xeyli yumşaltmağa məcbur olublar. Çünki nə təzyiq rıçaqları əvvəlki kimidir, nə diplomatik alətlər, nə də hərbi resurslar. 12 günlük müharibədən sonra həm siyasi quruluşun, həm də cəmiyyətdəki münasibətlər sisteminin dəyişilməsinə ciddi ehtiyacın duyulmasına dair bəyanatların hətta klerikal rejimin ən mühafizəkar təmsilçiləri tərəfindən də səsləndirilməsi onu göstərir ki, İran ciddi islahatlar astanasındadır.

İslahatçılar, yoxsa mühafizəkarlar?

Hadisələrin İran dövlətçiliyi üçün hansı ssenari ilə cərəyan edəcəyini zaman göstərəcək. Ancaq indidən aşkar şəkildə görünür ki, Tehrandakı idarəçilər mühafizəkar və islahatçı cəbhələrə bölünüblər. İran yaxın gələcəkdə ikincilərin təklif etdikləri hərtərəfli liberallaşma yolu ilə də gedə bilər, mühafizəkarların təzyiqləri ilə dəyişiklərsiz də keçinər. Ancaq nə vaxtadək?
İranın daxilində təhlükəsizliklə bağlı ciddi boşluqlar var. Ağır sosial-iqtisadi durumu da əlavə etsək, ölkədə dərin və hərtərəfli islahatların həyata keçirilməsi üçün zəminin yetişdiyini deyə bilərik. Real dəyişikliklərə start verilməsi mövcud narazılıqları müvəqqəti olaraq neytrallaşdıra bilər. Yox, əgər Tehranda mühafizəkarların xətti üstün olarsa, gedişat hətta qiyam və sistem dəyişikliyi uğrunda mübarizəyə də yol açar.

Xarici siyasətin iflası

İsraillə müharibə göstərdi ki, İranın hətta müsəlman aləmində də lazımi nüfuzu yoxdur. Digərlərinə yuxarıdan aşağı baxma, təhdid ritorikasına üstünlük ölkənin real təcridinə səbəb olub. Bunu ən çox hiss edən dövlətlərdən biri də elə Azərbaycandır. Bu baxımdan, əgər söhbət islahatlardan gedirsə, bu prosesin mütləq xarici siyasəti də əhatə etməsi başlıca şərtdir.
İran qonşularına qarşı, xüsusilə Azərbaycanla münasibətlərdə təhdidedici, eqoist tərzi ilə nəyə sahib oldu? İran əhalisini çoxsaylı sosial, iqtisadi, siyasi problemlərlə yanaşı, məhz bu sual da maraqlandırır.

Bunun aşkar əlamətləri artıq özünü büruzə verir. Özü də aşağılarda deyil, hakimiyyətin ən üst qatında. Prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın Azərbaycanla münasibətlərə dair kifayət qədər cəsarətli çıxışı İran cəmiyyətindəki ab-havanın carçısıdır: “Bəziləri mütəmadi olaraq “Azərbaycan müharibədə İsrailə yardım edirdi” ifadəsini işlədir. Bu cür iddia irəli sürməzdən əvvəl bu açıqlamaları təsdiq edən sənəd və sübutları araşdırmaq lazımdır. Kəşfiyyat və təhlükəsizlik xidməti bu barədə məlumat veribmi? Azərbaycanda yaşayan iranlılardan hər hansı məlumat təqdim edilibmi? Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? Təhlükəsizlik orqanları bunu təsdiq etməyiblər. Növbəti mərhələdə bu açıqlamanın ölkəmizə nə gətirəcəyini aydınlaşdırmaq lazımdır. Azərbaycanla münasibətlərimizin gərgin olmasını istəyirikmi?”.

Azərbaycanla münasibətlərdə yeni səhifə açılacaqmı?

Bu yanaşmanın hətta İranın prezidentinin ailəsində hakim olması onu göstərir ki, eyni məzmunlu sual daha geniş kütlələri – sıravi vətəndaşları da maraqlandırır. Azərbaycanın İran üçün sıradan bir qonşu olmaması məsələni daha da ciddiləşdirir. Ölkə əhalisinin böyük bir qismi azərbaycanlılardan ibarətdir. İranın siyasi, ictimai, iqtisadi, mədəni həyatının ən müxtəlif sferalarında təmsil olunan soydaşlarımızın sual vermək və cavab tələb etmək haqları var. Bu gün İranın prezidentinin azərbaycanlı olmasının özü kifayət qədər ciddi və qabarıq göstəricidir. Ən azı bu amil onu ehtimal etməyə əsas verir ki, İran dəyişmək qərarına gələrsə, atılacaq ilk addımlarından biri Azərbaycanla münasibətlərə yenidən baxılması olmalıdır.
Rəsmi Tehranın xarici siyasətinin Azərbaycan istiqamətində hələ İsraillə müharibədən öncə dəyişikliyin hiss edilmədiyini iddia etmək müəyyən mənada haqsızlıq olardı. Bu reallıq təbii ki, ilk növbədə Prezident Məsud Pezeşkianın şəxsiyyəti ilə bağlıdır. Dövlət başçısı Azərbaycan türküdür və onun eyni xalqa, adət-ənənələrə malik olduğu bir dövlətə qarşı son illərdə nümayiş etdirilən haqsız yanaşmaya biganə qalma ehtimalı yox idi. Əslində, bu, onun tək şəxsi vizyonu da deyil, ictimai sifarişdir.

Oğlu kimi Pezeşkianın özü də...

Pezeşkianın oğlunun kifayət qədər aktual bir məsələyə belə qəlbən və səmimiyyətlə toxunması prezident ailəsində hakim olan ab-havanın bariz göstəricisidir. Oğlu kimi Pezeşkianın özü də Azərbaycanla münasibətlərə dair konyunktura zidd bəyanatlar verməkdədir. Onun xüsusilə Bakıya və Xankəndiyə səfərlərdən sonra Azərbaycanla münasibətlərə yenidən baxılmasına dair qorxmaz çağırışlarının tarixi əhəmiyyəti var. Məsələn, müharibə günlərində guya Azərbaycanın İsrailə “kömək etməsi” barədə feyk məlumatları İranda ilk təkzib edən elə Prezident Pezeşkian olub. Onun İranın təhlükəsizlik orqanlarının bu məlumatları təsdiqləmədiyini deməsi, bu mövzuda aparılan qızışdırıcı polemikanın kökündən kəsilməsinə yol açdı.

Dəyişiklik mövcudluq məsələsi və sosial sifarişdir

Baş verənlər göstərir ki, gələcəkdə İranda köklü dəyişikliklər qaçılmazdır. İrandakı ictimai-siyasi münasibətlər islah olunmalıdır və köhnəlmiş, insan hüquqları və texnoloji tərəqqi səbəbindən aktuallığını itirmiş dəyərlər sistemi aradan qaldırılmalıdır. Çünki bu sistem daxildəki müqavimət qarşısında aciz qaldıqca, xaricdəkilərlə münasibətlərdə daha da aqressivləşir.

Dəyişiklik tələbi bugünkü İranın mövcudluq məsələsi və sosial sifarişdir. Bu tələb artdıqca mühafizəkar-islahatçı bölgüsü daha da dərinləşəcək. Bu fikir ayrılığı indi tək sırf siyasi dəhlizlərin reallığı deyil, İranın sadə kütlələri də durumun fərqindədir. İran tarixi çox siyasi təlatümlər görüb, odur ki, vaxtında qəbul edilməmiş qərar baha başa gələ bilər. Bu kontekstdə Azərbaycanla münasibətlərin sahmana salınması əlahiddə vacib çağırışdır. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri