Icma.az
close
up
RU
İran, Çin və İsrail süni intellekt “ordusu“ ilə dünyanı yönəltməyə çalışır...

İran, Çin və İsrail süni intellekt “ordusu“ ilə dünyanı yönəltməyə çalışır...

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Hesabatda İranın adının ilk sırada çəkilməsi təsadüfdürmü?...

Dünya rəqəmsal məkanda görünməmiş bir kiber-müharibə fazasına qədəm qoyub. ABŞ kəşfiyyatı və aparıcı kibertəhlükəsizlik şirkətlərinin son hesabatlarına əsasən, İran, Çin və İsrail mənşəli operatorlar qlobal miqyasda ictimai rəyi manipulyasiya etmək üçün ilk dəfə muxtar (avtonom) süni intellekt (Sİ) agentlərindən istifadə etməyə başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə nüfuzlu "The New York Times" qəzeti məlumat yayıb.

İnsan müdaxiləsi olmadan işləyən saxta profillər...

Əvvəlki ssenarilərdən fərqli olaraq, bu yeni nəsil Sİ botları heç bir insan nəzarəti olmadan müstəqil şəkildə sosial şəbəkələrdə fəaliyyət göstərir. Onlar özləri saxta profillər açır, real vaxt rejimində trend mövzulara uyğun paylaşımlar edir və sosial platformaların təhlükəsizlik filtrlərini asanlıqla yan keçirlər. Üstəlik, bu botların real insanlardan seçilməməsi üçün daxili təhlükəsizlik kodları qəsdən sökülür.

İran daxili siyasəti hədəf alır, Çin kütləvi şəbəkələr qurur...

Hesabata görə, İran mənşəli avtonom Sİ şəbəkələri özlərini sıravi amerikalı kimi təqdim edərək ABŞ-da daxili siyasi qütbləşməni və xaosu artırmaq üçün fəaliyyət göstərir. Onların idarə etdiyi saxta hesabları artıq 80 mindən çox real insan izləyir. Çin isə "Instagram", "Facebook", "X" (Twitter) və "TikTok"-da yüzlərlə avtonom agent vasitəsilə kütləvi rəy manipulyasiyası həyata keçirir...

İsrail şirkətlərindən "xaos" sınağı...

Mənbələr bildirir ki, İsraildə bu proses dövlət tərəfindən deyil, özəl texnologiya şirkətləri tərəfindən həyata keçirilir. Təl-Əvivdə yerləşən "IntelEye" kimi şirkətlər minlərlə sosial media hesabını Sİ botları vasitəsilə idarə edir. Qəribədir ki, bu botlar daxili siyasi qarşıdurmalarda həm iqtidarı, həm də müxalifəti eyni anda müdafiə edərək cəmiyyətdə maksimum çaşqınlıq və etmadsızlıq yaratmağa çalışırlar. Şirkət rəhbərliyi isə bunu "müdafiə xarakterli eksperiment" adlandırır.

Digər bir İsrail şirkəti - "Stoic" isə Qəzza müharibəsi və Yaxın Şərqdəki hadisələrlə bağlı pro-İsrail və anti-islam tezislərini yaymaq üçün generativ süni intellektdən geniş istifadə edib...

Amerika nəşrinin hesabatında İranın adının ilk sırada çəkilməsi təsadüfdürmü?...

Hesabatda İranın adının ilk sırada çəkilməsi təsadüfi deyil və Tehranın rəqəmsal məkanda Çin və ya Rusiyadan daha aqressiv taktikaya keçdiyini göstərir. Əvvəllər genişmiqyaslı kiber-kampaniyalar üçün nəhəng büdcələr və minlərlə dil bilən mütəxəssis tələb olunurdusa, indi açıq qaynaqlı pulsuz Sİ modelləri bu xərcləri minimuma endirib. Tehran böyük maliyyə resursları xərcləmədən, ingilis dilində mükəmməl danışan və insan cildinə girən süni intellekt "ordusu" sayəsində ABŞ daxili siyasətinə birbaşa təsir imkanı qazanıb. Eyni zamanda hesabatda İsrailin özəl kiber-şirkətlərinin də adının yer alması, rəqəmsal məkanda aktiv bir İran-İsrail proksi müharibəsinin getdiyini təsdiqləyir. Görünən odur ki, İran rəhbərliyi süni intellekti Qərbin sanksiyalarına və hərbi üstünlüyünə qarşı ən ucuz, lakin ən effektiv asimmetrik silah kimi ön xəttə sürür...

Mütəxəssislər həyəcan təbili çalır...

"Meta" və "OpenAI" kimi texnologiya nəhəngləri bu şəbəkələrin böyük hissəsini bloklasalar da, kiber-ekspertlər xəbərdarlıq edir ki, muxtar Sİ agentlərinin bu sürətlə inkişafı yaxın gələcəkdə internetdə həqiqəti yalandan ayırmağı tamamilə qeyri-mümkün edə bilər. Avtonom botlar təkcə siyasi rəylər yazmır, həm də şübhə doğurmamaq üçün dəb, idman və gündəlik həyat haqqında postlar paylaşaraq alqoritmləri asanlıqla aldadırlar...

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Sentyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri