İran danışıqlara hazır olduğunu bildirib, lakin ABŞ qəbuledilməz hesab edib KİV
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İran İsraillə atəşkəs şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib, lakin ABŞ onun cavabını danışıqların başlanması üçün qəbuledilməz hesab edib.
Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" iki İsrail hərbi rəsmisinə istinadən yazır.
Mənbələrə görə, Vaşinqton Tehrana atəşkəs razılaşması üçün bir neçə mümkün çərçivə təklif edib. Lakin Amerika tərəfi İranın cavabını kifayət qədər konstruktiv olmayan kimi qiymətləndirib. Hansı formatların təklif edildiyi və ABŞ-nin etirazlarının nədən ibarət olduğu açıqlanmayıb.
Bundan əvvəl İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran danışıqlara hazırdır, lakin bunun üçün yəhudi dövləti təcavüzünə son qoymalıdır.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 İyun 2025 02:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















