İran Dieqo Qarsiya bazasına raketlər ATDI
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi bazasına orta mənzilli ballistik raketlər atıb.
Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tehran Hind okeanında, İran sahillərindən təxminən 3810 kilometr məsafədə yerləşən obyektə iki raket atıb, lakin heç biri bazaya dəyməyib.
Ağ Ev, Pentaqon və Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri hələlik hadisə ilə bağlı şərh verməyiblər.
Qeyd edək ki, Dieqo Qarsiya ABŞ-nin ağır bombardmançı təyyarələri donanması üçün əsas aerodromdur və uzun müddətdir ki, bu ölkənin nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunmuş esmineslərini yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 21 Mart 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















