İran diplomatik yollar axtarır Tramp Xameneinin hədəsinə cavab verdi
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran ABŞ ilə artan gərginliyin azaldılması məqsədilə müxtəlif diplomatik mexanizmləri dəyərləndirir.
Bakupost.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran bu istiqamətdə aparılan müzakirələrdən yaxın günlərdə nəticə əldə olunacağını ümid edir.
Bəqayi İranın Çin və Rusiya ilə birgə hərbi təlimlərinin tamamilə legitim olduğunu vurğulayıb, Prezident Məsud Pezeşkianın xarici təmaslarını isə İran diplomatiyasının milli maraqları qorumaq xəttinin davamı kimi qiymətləndirib.
ABŞ Prezidenti Donald Tramp da İranla razılaşmaya hazır olduğunu bildirib. O, İranın ali rəhbəri Əli Xameneinin mümkün münaqişə ilə bağlı xəbərdarlıqlarını şərh edərək, razılaşma əldə olunacağına ümid etdiyini, əks halda vəziyyətin inkişafının görünəcəyini deyib.
Axios yazır ki, Tramp administrasiyası bir neçə kanal vasitəsilə Tehranla danışıqlara hazır olduğunu çatdırıb. Məlumata görə, Türkiyə, Misir və Qətər vasitəçiliyi ilə Ağ Evin nümayəndəsi Stiv Vitkoff və iranlı rəsmilər arasında Ankarada mümkün görüş üzərində iş aparılır.
Bu ərəfədə İran Avropa Birliyi ilə münasibətləri də sərtləşdirib. Tehran, SEPAH-ın terror təşkilatı kimi tanınmasına etiraz olaraq AB-yə üzv ölkələrin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə cavab addımı olaraq AB ölkələrinin ordularını “terror qrupları” adlandırıb.
Avropa tərəfi bu bəyanatları rədd edib. Almaniyanın xarici işlər naziri Yohannes Vadeful İranın ittihamlarını əsassız və təbliğat xarakterli adlandırıb.
Cavid, BakuPost
Baxış sayı:58
Bu xəbər 02 Fevral 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















