İran dronu Küveytin Maliyyə Nazirliyinin binasına dəydi VİDEO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əl-Küveyt şəhərində yerləşən nazirliklər kompleksinin binası İran dronunun hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Küveytin Maliyyə Nazirliyi yayıb.
Hücum nəticəsində binaya ziyan dəyib, lakin xəsarət alan olmayıb.
Reuters-in məlumatına görə, Küveytdə ayrıca iki enerji və su duzsuzlaşdırma obyektinə də zərbə endirilib. Hücumdan sonra həmin obyektlərdə ciddi maddi ziyan qeydə alınıb və iki enerji istehsalı qurğusu istismardan çıxarılıb. Küveyt rəsmiləri bu səbəbdən bəzi enerji və su təchizatının dayandırıldığını bildiriblər.
Son günlər Küveyt İranın dron hücumlarına bir neçə dəfə məruz qalıb. Reuters daha əvvəl yazmışdı ki, martın sonunda enerji və su duzsuzlaşdırma zavoduna hücum nəticəsində bir Hindistan vətəndaşı həlak olub, aprelin 1-də isə Küveyt hava limanındakı yanacaq çənlərinə dron zərbəsi endirilmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















