İran dünya ikincisi olan qaz müəssisəsini vurdu
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran raketləri dünyanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixrac müəssisəsinin yerləşdiyi Ras Laffan Sənaye Şəhərinə ciddi ziyan vurub.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qətərin dövlət neft nəhəngi olan "Qatar Energy" yaranan yanğınların qarşısını almaq üçün təcili yardım qrupları cəlb edib. Məlumata görə, ölən olmayıb.
Qətər XİN hücumu təhlükəli eskalasiya, dövlət suverenliyinin kobud şəkildə pozulması və milli təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid kimi pisləyib.
Nazirliyin açıqlamasında bildirilir ki, Qətər beynəlxalq hüquqla təmin edilən özünümüdafiə hüququna uyğun olaraq cavab vermək hüququnu özündə saxlayır.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:İran Tel Əvivdə tibb müəssisəsini də vurdu
19 İyun 2025 09:56
İran Bəhreynin neft emalı müəssisəsini vurdu VİDEO
28 Mart 2026 11:43
İsrail onlarla İran silah istehsalı müəssisəsini vurdu
27 Mart 2026 16:37
Rusiya Radionix müəssisəsini vurdu
02 İyul 2026 11:47
İsrail İranın ən böyük qaz istehsalı müəssisəsini vurdu
18 Mart 2026 18:50
Baxış sayı:151
Bu xəbər 19 Mart 2026 02:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















