Icma.az
close
up
RU
İran dünyanı diz çökdürür CNN

İran dünyanı diz çökdürür CNN

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə baş verən son hadisələr bir daha göstərdi ki, müasir münaqişələr yalnız hərbi toqquşmalarla məhdudlaşmır. CNN-in məlumatına görə, İranın Hörmüz boğazını faktiki olaraq blokadaya alması qlobal enerji sisteminə ciddi zərbə vurub və bu hadisə müharibənin yeni formasını – iqtisadi müharibəni ön plana çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

“Hörmüz boğazı dünya enerji xəritəsinin ən kritik nöqtələrindən biridir. Qlobal neft və qaz tədarükünün təxminən beşdə biri, həmçinin gübrə istehsalı üçün mühüm əhəmiyyət daşıyan məhsulların böyük hissəsi məhz bu marşrutdan keçir. Belə bir arteriyanın iflic olması təkcə regional deyil, qlobal səviyyədə domino effekti yaradır. CNN-in vurğuladığı kimi, bu ssenari enerji təhlükəsizliyi üzrə ekspertlərin illərlə ehtiyat etdiyi bir vəziyyət idi.

Baş verənlər göstərir ki, İran klassik hərbi qarşıdurmadan daha effektiv vasitəyə – iqtisadi təzyiqə üstünlük verir. Hörmüz boğazına nəzarət Tehrana iki əsas üstünlük qazandırır: Birincisi, qlobal enerji bazarına təsir imkanları genişlənir, ikincisi, öz neftini daha yüksək qiymətə satmaq imkanı yaranır. Ən diqqətçəkən məqam isə odur ki, İran nefti ənənəvi olaraq “Brent” markasından ucuz satıldığı halda, hazırkı şəraitdə bəzi bazarlarda daha yüksək qiymətə realizə olunur. Bu, bazar mexanizmlərinin böhran şəraitində necə dəyişdiyini açıq şəkildə nümayiş etdirir.

Eyni zamanda, bu böhran müxtəlif regionlarda fərqli təsirlər doğurur. Asiyada yanacaq qıtlığı təhlükəsi artıq konkret tədbirlərlə müşayiət olunur və bəzi ölkələr enerji fövqəladə vəziyyəti elan edirlər. Avropa isə Rusiya–Ukrayna müharibəsindən sonra yeni enerji təzyiqi ilə üz-üzə qalır. ABŞ kimi enerji baxımından güclü ölkələrdə belə benzin qiymətlərinin artması bu böhranın qlobal xarakter daşıdığını təsdiqləyir”, - o bildirib.

O vurğulayıb ki, İranın bu strategiyası təkcə iqtisadi deyil, həm də siyasi alətdir:

“Boğaz üzərində nəzarət danışıqlarda ciddi kozıra çevrilir. CNN-in qeyd etdiyi kimi, Tehran artıq bu təsir mexanizmini istifadə edərək atəşkəsə nail olmağa müvəffəq olub. Bununla yanaşı, bəzi məlumatlara görə, gəmilərdən keçid haqqı alınması ideyası da reallığa çevrilmək üzrədir. Bu isə beynəlxalq ticarət sistemində yeni və təhlükəli presedent yarada bilər.

Lakin bu siyasətin uzunmüddətli nəticələri sual altındadır. Qlobal enerji axınının bu şəkildə manipulyasiyası böyük güclərin hərbi və ya iqtisadi reaksiyasına səbəb ola bilər. Hörmüz boğazı yalnız regional deyil, qlobal “qırmızı xətt” hesab olunur. Bu xəttin aşılması isə münaqişənin genişlənməsi riskini artırır.

Bu kontekstdə Azərbaycan kimi enerji ixracatçısı ölkələr üçün yeni imkanlar yaranır. Qlobal bazarda alternativ enerji mənbələrinə tələbat artır və bu, ölkənin strateji əhəmiyyətini yüksəldir. Lakin eyni zamanda regionda gərginliyin artması təhlükəsizlik risklərini də artırır.

Hörmüz böhranı müasir beynəlxalq münasibətlərin yeni reallığını ortaya qoyur: artıq müharibələr yalnız silahla deyil, iqtisadi arteriyalar üzərində nəzarətlə aparılır. İranın bu addımı göstərir ki, geosiyasətdə güc anlayışı dəyişir və kritik nöqtələrə nəzarət bəzən ordudan daha təsirli vasitəyə çevrilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Aprel 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri