İran dünyanın diqqətini çəkmək üçün qəsdən öz ərazilərini vurur? AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
İranın Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket düşüb. İran Atom Enerjisi Qurumu tərəfindən yayılan məlumata görə, mərmi kompleksin sahəsinə düşsə də, kritik infrastruktur obyektlərinə ziyan dəyməyib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur, stansiya isə fəaliyyətini normal rejimdə davam etdirir.
Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.
O deyib ki, bunlar regional məsuliyyət tələb edir:
“İran ekzistensial təhlükələr qarşısında qaldıqda, çox vaxt qonşularına ciddi zərər vurmaq niyyətində olur. Bunu artıq müşahidə edirik. O cümlədən, Buşehr AES təkcə İran üçün deyil, bütövlükdə region üçün böyük təhlükə yarada biləcək potensiala malikdir. Buna görə də müharibənin gedişatını proqnozlaşdırmaq çox çətindir. Bunu əvvəlcədən kim dəqiq deyə bilər? Amma əlbəttə, İranın belə addımlar ata biləcəyini də istisna etməməliyik”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə bölgədə vəziyyət kritik həddə çatıb. İranın da buna raket zərbələri ilə cavab verməsi gərginliyi daha da artırıb. Hadisələrin ən dramatik məqamı isə İranın ali dini lideri Ayətullah Xameneinin öz ofisində öldürülməsi olub. Ölkənin dövlət televiziyası bu xəbəri təsdiqləyərək İranda 40 günlük matəm və bir həftəlik qeyri-iş günü elan edildiyini bildirib.
Hazırkı durum regionun geosiyasi xəritəsinin və təhlükəsizlik arxitekturasının kökündən dəyişə biləcəyindən xəbər verir. Atom stansiyası yaxınlığındakı partlayışlar hərbi münaqişənin miqyasının ekoloji fəlakət həddinə çata biləcəyi qorxusunu yaradır.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.
O deyib ki, bunlar regional məsuliyyət tələb edir:
“İran ekzistensial təhlükələr qarşısında qaldıqda, çox vaxt qonşularına ciddi zərər vurmaq niyyətində olur. Bunu artıq müşahidə edirik. O cümlədən, Buşehr AES təkcə İran üçün deyil, bütövlükdə region üçün böyük təhlükə yarada biləcək potensiala malikdir. Buna görə də müharibənin gedişatını proqnozlaşdırmaq çox çətindir. Bunu əvvəlcədən kim dəqiq deyə bilər? Amma əlbəttə, İranın belə addımlar ata biləcəyini də istisna etməməliyik”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə bölgədə vəziyyət kritik həddə çatıb. İranın da buna raket zərbələri ilə cavab verməsi gərginliyi daha da artırıb. Hadisələrin ən dramatik məqamı isə İranın ali dini lideri Ayətullah Xameneinin öz ofisində öldürülməsi olub. Ölkənin dövlət televiziyası bu xəbəri təsdiqləyərək İranda 40 günlük matəm və bir həftəlik qeyri-iş günü elan edildiyini bildirib.
Hazırkı durum regionun geosiyasi xəritəsinin və təhlükəsizlik arxitekturasının kökündən dəyişə biləcəyindən xəbər verir. Atom stansiyası yaxınlığındakı partlayışlar hərbi münaqişənin miqyasının ekoloji fəlakət həddinə çata biləcəyi qorxusunu yaradır.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:COP29da dünyanın diqqətini Yeni Kaledoniyaya çəkmək üçün dinc aksiya keçirilib
12 Noyabr 2024 16:51
Siqaret çəkmək haramdır? AÇIQLAMA
23 Yanvar 2025 19:41
COP29da dünyanın diqqətini Yeni Kaledoniyaya çəkmək üçün dinc aksiya keçirilib FOTO
12 Noyabr 2024 17:02
Kurskda qanlı DÖYÜŞLƏR GEDİR “Rusiya öz ərazilərini vurur”
13 Mart 2025 08:46
İsrail qırıcısı öz ərazilərini bombaladı
15 Aprel 2025 23:27
Baxış sayı:136
Bu xəbər 19 Mart 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















