İran elitası Rusiya ilə təmasa keçdi: Ölkədən qaçış yolu...
Icma.az bildirir, Axar.az portalına istinadən.
İranın ali dini lideri Əli Xameneinin Aparat rəhbərinin müavini Əli Əsgər Hicazi ilə bir neçə digər yüksək vəzifəli məmur lazım gələrsə, ailələri ilə birgə ölkədən qaçmaq üçün Rusiya hakimiyyəti ilə danışıqlar aparırlar.
Axar.az xəbər verir ki, belə bir sensasion iddia ilə “İran İnternasional” çıxış edib.
Bildirilib ki, yüksək rütbəli bir rusiyalı məmur Hicazi ilə əlaqə saxlayıb və onu əmin edib ki, vəziyyət pisləşərsə, o, ailəsi ilə birlikdə təhlükəsiz dəhliz vasitəsilə İrandan çıxarılacaq.
“Məlumata görə, İslam Respublikasının yüksək rütbəli rəsmilərindən olan digər şəxslərə də analoji zənglər edilib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə İran rejiminin yüksək səviyyəli liderlərinin çantalarını yığdığına dair işarələrin olduğunu bildirmişdi.
Netanyahu şənbə günü ingilis dilində videomüraciətində deyib ki, İslam Respublikasının liderləri gələcəyi hiss ediblər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 İyun 2025 05:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















