Icma.az
close
up
RU
“İran ən azı iki rəsmi dövlət dili olan bir dövlətə çevrilməlidir”

“İran ən azı iki rəsmi dövlət dili olan bir dövlətə çevrilməlidir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“İran Cənubi Qafqaz regionunda güclü Azərbaycan yox, güclü Ermənistan istəyir. Ona görə də İran xarici işlər nazirinin müavini Məcid Taxt Ravançi regional inteqrasiyaya xidmət edəcək Zəngəzur dəhlizinin açılmasını yox, yalnız və yalnız Ermənistanın inkişafına xidmət edəcək sülh kəsişməsi layihəsini dəstəkləyir. Əslində sülh kəsişməsi layihəsi Azərbaycanın kommunikasiyaları və sərvətləri hesabına Ermənistanın varlanması deməkdir. Ona görə də belə bir layihənin baş tutması o qədər də real görünmür. Ancaq Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin, o cümlədən İranın inkişafı deməkdir. Lakin İran bunu istəmir”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

H.Babaoğlunun sözlərinə görə, İran ona görə Azərbaycanın güclənməsini istəmir ki, Azərbaycan gücləndikcə İranda yaşayan azərbaycanlıların mövqeyi də güclənir, onların İran Konstitusiyası ilə onlara tanınan hüquqların əldə olunması üçün mübarizə əzmi artır: “Bunu isə İran özünə təhdid kimi görür. Yəni İran çalışır ki, İranda yaşayan bütün xalqlar fars hegemoniyası altında olsun, digərlərinə heç bir hüquq tanınmasın və fars dili hakim olsun. Halbuki, İran Konstitusiyasına görə İranda azərbaycanlıların öz dillərində oxumaq, yazmaq, danışmaq hüquqları var. İran qorxur ki, nəticə etibarı ilə bu hüquqlar bir çox Avropa ölkəsində olduğu kimi İranda da iki dövlət dilinin yaranmasına gətirib çıxara bilər. İran da bunu istəmir. Ancaq bu, tarixi zərurətdir. Bu məsələnin geci-tezi var”.

Deputat əlavə edib ki, onsuz da İran ən azı iki rəsmi dövlət dili olan bir dövlətə çevrilməlidir: “Çünki əhalisinin yarısından çoxu türkcə danışır və İran Konstitusiyasında da bu dil azərbaycanlıların dili kimi tanınır. Məsələnin mahiyyəti bundan ibarətdir. Buna görə də İran daima çalışır ki, güclənsin, onun fonunda Azərbaycanın mövqeləri zəifləsin, İran yenə də İranda yaşayan azərbaycanlıları assimilyasiya etmək, onların dilini qısa etmək üçün desin ki, bax, görürsünüzmü, Azərbaycan müstəqildir, amma torpaqları işğal altındadır, gücsüzdür. Yəni 30 il məhz bu hədə ilə İran azərbaycanlıların hüquqlarını tapdalayıb. Bundan əvvəlki dövrlərdə də azərbaycanlıların hüquqları tapdalanıb. Bu gün də İranın Ermənistanı güclü görmək istəməsinin məqsədi məhz bundan ibarətdir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri