İran Ermənistana satdığı silah ilk dəfə üzə çıxdı FOTO
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan İran istehsalı olan AD-08 “Majid” qısa mənzilli hava hücumundan müdafiə sistemini əldə edib.
Modern.az xəbər verir ki, bununla da Ermənistan sözügedən HHM kompleksinin ilk xarici operatoru olub.
Məlumata görə, sistem İran və Ermənistan arasında 2024-cü ilin iyulunda imzalanmış 500 milyon dollarlıq gizli silah müqaviləsi çərçivəsində tədarük edilib.
Qeyd edək ki, AD-08 “Majid” Elektro-optik və infraqırmızı hədəf aşkarlama sistemi ilə çalışır və o radar siqnallarından minimum istifadə etdiyi üçün aşkarlanması çətin hesab olunur.AD-08 “Majid” sistemi dronları, helikopterləri və aşağı hündürlükdə uçan digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kompleks həmçinin qanadlı raketlərə qarşı yaxın məsafəli müdafiə təmin edir. Sistem hava hədəflərini elektro-optik və infraqırmızı avadanlıqlar vasitəsilə aşkarlayır, radar istifadə etmədən onları gizli şəkildə izləyərək zərərsizləşdirə bilir. AD-08 “Majid” eyni anda bir neçə hədəfə qarşı fəaliyyət göstərmək imkanına malikdir. Mobil platforma üzərində yerləşdirildiyi üçün sürətli mövqe dəyişərək operativ hava müdafiəsi yaratmağa imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 27 May 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















