Icma.az
close
up
RU
İran Ermənistanı müharibə ilə hədələdi ŞƏRH

İran Ermənistanı müharibə ilə hədələdi ŞƏRH

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Başqa dövlətin daxili işlərinə qarışmaq necə olur? Deməli, İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşündə Vaşinqton razılaşmasını nəzərdə tutaraq “İran öz təhlükəsizliyinə qarşı heç bir addıma dözməyəcək” fikrini səsləndirməklə İrəvana xəbərdarlıq edib”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu səsləndirib.


“Mövzunu davam etdirən Vilayəti erməni diplomata deyib ki, “regionun taleyini müstəsna olaraq region ölkələri həll etməlidir”.Vilayəti daha “irəli” gedərək “Ermənistanın baş naziri Azərbaycan Prezidenti ilə Ağ Evin sahibi Donald Trampın vasitəçilyi ilə ortaq bəyanata imza atmamalıdı idi” fikrini də söyləyə bilərdi” – deyə o, bildirib.

E.Şahinoğlu vurğulayıb ki, Vilayətinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın keçmiş liderləri Tehranda ortaq bəyanata imza atdılar, lakin bir gün sonra Şuşa işğal olundu:

“Daha Sizin “məsləhətlərə” qulaq asacaq halımız yoxdur. Vilayəti Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışarkən, bir başqa iranlı rəsmi Livana gedərək bu ölkəyə “ağıl” qoymağa çalışıb. Livan dövləti ölkədəki qanunsuz silahlı qrupları, o cümlədən “Hizbullah” təşkilatını tərksilah etməyə qərar verib. Bu, Livanın müstəsna hüququdur. Çünki, bu qruplaşma tərksilah olunmayınca İsrail Livana istənilən an yenidən hücum edə bilər. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə Beyrutda görüşdüyü Livan Prezidenti Cozef Aundu inandırmağa çalışıb ki, “Hizbullah” təşkilatını tərksilah etməyin. Bu, İranın Livanın daxili işlərinə qarışması deyil, bəs nədir? Livan Prezidenti Əli Larincaniyə açıq deyib ki, bizim daxili işlərə qarışmayın, ölkədə qayda-qanun yaradılmalıdır. Müharibələr, sanksiyalar İrandakı mühafizəkar dairələrə dərs olmur".

Lalə,
BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri