Icma.az
close
up
RU
İran Əsədə kömək üçün göndərdiyi təyyarəni geri qaytarıb “WSJ”

İran Əsədə kömək üçün göndərdiyi təyyarəni geri qaytarıb “WSJ”

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran rəhbərliyi Tehranın Dəməşqə göndərdiyi hərbi yardımla İsrailin təyyarəyə hava zərbəsi endirəcəyindən ehtiyat etdiyi üçün respublikanın silahlı müxalifətinə qarşı mübarizədə Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dəstək verə bilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Suriya rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İran təyyarəsi ötən həftənin əvvəlində Suriya istiqamətində havaya qalxıb, lakin İsrailin hava hücumları təhlükəsi səbəbindən geri dönmək məcburiyyətində qalıb.

Nəşr eyni zamanda yazır ki, Suriya rəsmiləri Tehranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriya münaqişəsinə müdaxilə etməməyi əmr etdiyini bildirib. Qəzetin yazdığına görə, daha sonra İran öz şəxsi heyətinin Suriya ərazisindən təhlükəsiz çıxarılmasını təmin edib.

Noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəra və Homs) tutdular və dekabrın 8-də Dəməşqə daxil oldular. Suriya hökumət qüvvələri şəhəri tərk edib. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edillib ki, Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Daha sonra onun Rusiyaya getdiyi barədə məlumat verilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see319

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see166

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see112

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri