İran etiraf etdi: “Urmu gölünün bərpası uğursuzluqla nəticələnib”
Icma.az, Sitat.info saytına istinadən bildirir.
Bu gün İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif etiraf edib ki, Urmu gölünün bərpası üçün son 20 ildə görülən tədbirlər nəticə verməyib.Həyata keçirilən layihələrə və beynəlxalq dəstəyə baxmayaraq, gölün vəziyyətində ciddi irəliləyiş əldə olunmayıb.
Sitat.info bu barədə İRNA-ya istinadən xəbər verir.
M.Arif bildirib ki, bu prosesdə dost ölkələr dəstək göstərib. Ancaq reallıqda suyun səviyyəsində əhəmiyyətli artım müşahidə edilməyib. Xüsusilə son 10 ildə icra olunan layihələrin nəticələrinin gölün vəziyyətinə ciddi təsir göstərmədiyi vurğulanıb.
Vitse-prezident etiraf edib ki, gölün quruması nəticəsində yaranan qum və toz qasırğaları insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaradır.
O, Urmu gölünün “nəyin bahasına olursa olsun” bərpa edilməsinin vacibliyini vurğulayıb. Arif, eyni zamanda ölkənin şərqində yerləşən Hamun bataqlığının da ağır vəziyyətdə olduğunu qeyd edib.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 02 Fevral 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















