İran ətrafındakı böhran Türkiyənin turizm sektoruna zərbə vurur
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 21 mart, AZƏRTAC
İran ətrafındakı böhran Türkiyənin turizm sektoruna əhəmiyyətli dərəcədə təsir göstərir.
AZƏRTAC xəbər verir ki, yaz bayramlarına baxmayaraq, Şərqi Anadoluda otellərin doluluq nisbəti 90 faizdən 20 faizə düşüb. Tur operatorları qeyd edirlər ki, Novruz bayramında ənənəvi olaraq müşahidə edilən İrandan gələn aktiv turist axını dayanıb. İranla hər üç sərhəd keçid məntəqəsi piyadalar üçün bağlıdır. Yalnız yük maşınlarının sərhədi keçməsinə icazə verilir.
Türkiyənin şərq əyalətlərində İran bazarına yönəlmiş bəzi sahibkarlar da gəlirlərinin azalmasından narahatlıqlarını bildirirlər.
Türkiyə Daxili İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi İranla dövlət sərhədində nəzarəti daha da gücləndirib. Son məlumata görə, nəzarət məntəqəsində və ya Türkiyənin bütün şərq sərhədi boyunca qaçqın axını da daxil olmaqla, heç bir mənfi proses qeydə alınmayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 21 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















