İran ətrafındakı gərginlik qlobal şirkətlərə 25 milyard dollardan çox ziyan vurub
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İran ətrafında davam edən münaqişə dünya üzrə şirkətlərə artıq ən azı 25 milyard ABŞ dolları həcmində əlavə xərclər yaradıb və bu rəqəm artmaqda davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hesabatda qeyd olunur ki, əsas səbəblər arasında Hörmüz boğazında mümkün blokada riskləri, enerji qiymətlərinin yüksəlməsi, təchizat zəncirində pozuntular və qlobal ticarət yollarının çətinləşməsi yer alır. Strait of Hormuz bölgəsində yaranan gərginlik dünya bazarlarına birbaşa təsir göstərir.
Məlumata əsasən, ən azı 279 şirkət qiymət artımı, istehsalın azaldılması, dividend ödənişlərinin dayandırılması və işçi ixtisarları kimi tədbirlər görərək itkiləri minimuma endirməyə çalışır.
Ən çox zərər görən sektor isə aviasiya olub. Aviaşirkətlərin ümumi əlavə xərclərinin təxminən 15 milyard dollara çatdığı bildirilir.
"Reuters" hesabatında həmçinin "Toyota", "Procter & Gamble" və "McDonald's" kimi böyük şirkətlərin də böhranın təsirlərini açıq şəkildə hiss etdiyi qeyd olunur.
Analitiklər bildirirlər ki, neft qiymətlərinin bir barel üçün 100 dollardan yuxarı qalxması xüsusilə Yaxın Şərqdən enerji idxalından asılı olan Avropa və Asiya ölkələrində ciddi iqtisadi təzyiqlər yaradır.
Ekspertlərin proqnozuna görə, böhranın korporativ mənfəətə ən ciddi təsiri 2026-cı ilin ikinci yarısında daha aydın hiss olunacaq.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 18 May 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















