İran Fars körfəzi ölkələrinə hücumları dayandırdı
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin hücumları dayandırmasından sonra İran da Fars körfəzi ölkələrinə endirdiyi zərbələri dayandırıb.
Hurriyyet.info xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.
Əkrəminiya vurğulayıb ki, İranın hərbi strategiyası sırf cavab xarakteri daşıyır və bu səbəbdən Vaşinqtonun zərbələri dondurması ilə Tehran da əməliyyatları dayandırıb. O, həmçinin ABŞ rəsmilərinin ziddiyyətli bəyanatlarına diqqət çəkərək, Vaşinqtonun nə etmək istədiyinin hətta öz məmurları üçün də qaranlıq qaldığını bildirib.
Məlumata görə, iyulun 26-da Tehran Körfəz ölkələrinə qarşı heç bir hücum həyata keçirməyib. ABŞ ordusu da artıq iki gecədir ki, İran ərazisinə zərbə endirmir.
Xatırladaq ki, bir qədər əvvəl İranla ikihəftəlik toqquşmalar zamanı ABŞ ordusuna 20 milyard dollardan çox ziyan dəydiyi, zərərə ən çox Amerikanın hava hücumundan müdafiə sistemləri və radarlarının məruz qaldığı bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 Avqust 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















