Icma.az
close
up
RU
İran güclənərsə, regionda nə dəyişəcək?

İran güclənərsə, regionda nə dəyişəcək?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bürgenştokda aparılan müzakirələr nəticəsində İran bəzi iqtisadi məsələlər üzrə mühüm razılaşmalar əldə etdiyini açıqlayıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, Qətər və Pakistanın vasitəçiliyi ilə neft və neft-kimya məhsullarının ixracına tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb, həmçinin dondurulmuş aktivlərin bir hissəsi açılıb. Tehran bunun ölkənin yenidən qurulması və iqtisadi inkişafı üçün yeni imkanlar yaratdığını bildirir.Bu razılaşmalar İran iqtisadiyyatının bərpasına və regiondakı siyasi balansın dəyişməsinə necə təsir göstərə bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsveçrədə keçirilən görüş ümumən nəticəsiz başa çatsa da, prosesin gedişindən məlum oldu ki, tərəflər bir çox istiqamətlər üzrə müəyyən razılaşmalar əldə ediblər. Biz bunu həm İran tərəfinin açıqlamalarında, həm də J.D. Vensin bəyanatlarında görürük.

Politoloq bildirib ki, görüşün sonuna yaxın İran tərəfi Donald Trampın bəyanatını səbəb göstərərək görüşü yarımçıq saxladığını bildirib. Lakin ümumən tərəflər arasında əldə olunmuş razılaşmalara əsasən, İranın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması, eləcə də sanksiyaların yüngülləşdirilməsi ilə bağlı məsələlər həllini tapmalı idi və bu istiqamətdə ümumi razılaşmalar mövcuddur.

“İranın neft-kimya sektoruna qoyulan qadağaların yumşaldılması və zamanla aradan qaldırılması üçün də imkan yarana bilər, bu, ölkə iqtisadiyyatı baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, İranın bərpası üçün 300 milyard dollarlıq fondun yaradılması da müzakirə mövzusudur. Bu isə o deməkdir ki, əgər qeyd olunan razılaşmalar üzrə son nəticəyə gəlinərsə və tərəflər bunu qəbul edərlərsə, İran iqtisadiyyatı üçün kifayət qədər ciddi addımlar atılmış olacaq”-deyən politoloq bildirib ki, 47 ildir sanksiyalar altında olan və iqtisadiyyatı ciddi şəkildə zərər görən İran bu fürsətləri düzgün və müsbət şəkildə dəyərləndirərsə, tərəflər bundan sonrakı dövrdə də məsələləri siyasi yolla həll edərlərsə və qeyd olunan addımlar atılarsa, həmçinin 300 milyard dollarlıq fond yaradılarsa, bu, İran iqtisadiyyatının bərpasına və inkişafına ciddi təsir göstərəcək.

İqtisadi cəhətdən güclənən İran bölgədə daha ciddi rol oynamağa çalışacaq.

Politoloqun fikrincə, burada ən təhlükəli məqam ondan ibarətdir ki, İranda mövcud rejim iqtisadi baxımdan da güclənərsə, daxildəki etirazları səngidə bilər. Bu zaman bölgə ölkələri üçün daha çox təhdid yarada bilmə ehtimalını nəzərdən qaçırmaq olmaz.

Oqtay Qasımov qeyd edib ki, İranda normal siyasi sistem mövcud olsaydı və ölkə iqtisadi cəhətdən inkişaf etmiş olsaydı, bu, regionun qonşu dövlətləri üçün problem yaratmazdı: “İran təxminən 50 ilə yaxındır qonşuların daxili işlərinə qarışmaq, bölgədə proksi qüvvələr və agentura şəbəkələri yaratmaq siyasəti yürüdür və təsir mexanizmlərini təzyiq üzərində qurur, bu kifayət qədər təhlükəli məqamdır”.

Politoloqun fikrincə, ümumən bu razılaşmalar əldə olunarsa, ilk növbədə onların İran iqtisadiyyatına ciddi şəkildə müsbət təsir göstərəcəyi gözlənilir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyun 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri