Icma.az
close
up
RU
İran hadisləri: Güneyli azərbaycanlıları nə gözləyir?

İran hadisləri: Güneyli azərbaycanlıları nə gözləyir?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İranda ötən ilin 28 dekabrından başlayan etiraz dalğası bu gün ölkənin əksər böyük şəhərlərini bürüyüb.

Hadisələri Modern.az-a şərh edən politoloq Anar Əliyev bildirib ki, etirazların səbəbi yalnız bahalaşma və insanların sosial rifahının pozulması, iqtisadi vəziyyətin ağırlaşması deyil:

“Onun kökü daha dərindir: illər ərzində xalqın daxilində toplanmış narazılıqların hakimiyyətə qarşı ifadə olunmaq imkanlarıdır. Çünki rejim uzun illər boyunca xalqını yalnız zora məruz qoyub, heç bir halda onların maraqlarını nəzərə almayıb və dövlətin maraqları ilə zidd mövqelər sərgiləyib.

Yaranan narazılıqlar, sosiaal hadisələr fonunda daha qabarıq şəkildə üzə çıxır və ifadə imkanları əldə edir.

Baş verən hadisələri bir neçə istiqamətdə təhlil etmək olar:

Rejimin xalqdan uzaq olması: İran hakimiyyəti xalqın maraqlarını ifadə edən qüvvə deyildir və onlarla heç bir əlaqə saxlamır.

Kənar qüvvələrin təsiri: İran kimiyyətini kürsüyə gətirən Qərb neoimperialist qüvvələrin sifarişlərindən kənara çıxma cəhdləri və həmin sərhədləri pozmaq istəyi, həmçinin xarici güclərin bu sərhədləri bərpa etmək istəyi.

Maliyyə xərcləri və böhran: Rejim illər boyu maliyyə resurslarını xalqın rifahına deyil, bölgədə proksi və terrorçu qrupların formalaşdırılması və saxlanmasına xərcləyib. Bu, maliyyə böhranına və sosial narazılığa səbəb olub.

2025-ci il İsrail ilə müharibə: Bu müharibə göstərdi ki, İran dövlətinin gücü yalnız təbliğatdan ibarətdir, xalq artıq rejimin zəif və çürük olduğunu anlayıb. Bu da narazı kütlənin etirazlarını gücləndirib.

Türkiyənin aktivliyi: Son aylarda Türkiyənin bölgədə fəallaşması və İranla əməkdaşlıq edərək prosesləri genişləndirməsi, Qərb qüvvələrinin maraqlarına uyğun deyil. Bu, həm Türkiyə-İran arasında, həm də Suriya və İraqda proseslərin təsirini artırır.

Maraqlı bir məqam odur ki, İranın bütün böyük etiraz və inqilablarının aparıcı qüvvəsi olan azərbaycanlılar bu prosesdə o qədər də aktiv rol oynamırlar.

Tarixə baxdıqda, həm İslam İnqilabı dövründə, həm də sonrakı etirazlarda azərbaycanlılar həmişə zərbə alan və təsir gücünə malik olan tərəf olub.

Buna görə də, rejim etirazları yatırarkən əsasən azərbaycanlılara ciddi zərbələr vurma ehtimalı yüksəkdir.

İnqilabların uğuru üçün xarici dəstək mühümdür. Etiraz başlandıqdan sonra xarici qüvvələrin açıq dəstəyi hərəkəti genişləndirir və etirazçıların tərəfini möhkəmləndirir.

2022-ci ildə Məsha Eminin öldürülməsi ilə başlayan etirazlarda ABŞ və digər demokratik qüvvələr açıq, real maliyyə dəstəyi göstərməyib; yalnız söz və bəyanat səviyyəsində qalıblar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri