İran Hakan Fidana görə səfiri nazirliyə çağırdı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlangıç Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamalarından sonra İran Xarici İşlər Nazirliyinə dəvət edilib.
Ölkə.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Xarici işlər nazirinin köməkçisi, İran Xarici İşlər Nazirliyinin Aralıq dənizi və Şərqi Avropa Departamentinin baş katibi Mahmud Heydəri səfirlə görüşdə qeyd edib ki, Türkiyə regiondakı vəziyyəti və iki qonşunun ümumi maraqlarını nəzərə alaraq, ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və ya gərginliyə səbəb ola biləcək şərhlərdən çəkinməlidir.
Kırlangiç öz növbəsində Türkiyənin İranla dostluq əlaqələrinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Səfirin sözlərinə görə, Türkiyə və İran ikitərəfli münasibətləri inkişaf etdirmək, regional əməkdaşlığı gücləndirmək və mövcud təhlükələrə qarşı çıxmaq üçün sıx əməkdaşlıq etməlidir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Mart 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















