İran Hava Hücumundan Müdafiə qüvvələrinin təlimləri başlayıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İran Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə (HHM) qüvvələri “Hava Hücumundan Müdafiənin gücü” çərçivəsində fevralın 4-də təlimlərin ikinci mərhələsinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, İran ordusu və İnqilab Keşikçiləri Qvardiyası son illər birlikdə bir neçə hərbi təlim keçirib.
Məlumata görə, təlimlərin ikinci mərhələsinə İranın Birləşmiş Hava Hücumundan Müdafiə Şəbəkəsinin idarə etdiyi silahlı qüvvələrin müxtəlif raket, artilleriya, radar, elektron, kəşfiyyat və müşahidə sistemləri cəlb olunub.
İnformasiyaya əsasən, təlim İslam Respublikasının mərkəzi və cənub rayonlarında keçirilir.
Təlimlərin “Ektedar” adlı birinci mərhələsi yanvarın 12-də keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















