Icma.az
close
up
RU
İran Hayfa və Tel Əvivi raketlərlə vurdu İsrail cavab olaraq Tehranı bombaladı KONKRET

İran Hayfa və Tel Əvivi raketlərlə vurdu İsrail cavab olaraq Tehranı bombaladı KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. Bu dəqiqələrdə İran və İsrail bir-birinə qarşı qarşılıqlı raket zərbələri endirirlər. İran tərəfindən atılan ballistik raketlər İsrailin Tel-Əviv və Hayfa şəhərlərinə düşüb. Hücumların miqyasını əks etdirən görüntülər artıq sosial şəbəkələrdə və beynəlxalq media orqanlarında yayılıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, İranın həyata keçirdiyi hücum nəticəsində Hayfa və Tel-Əvivdə ciddi dağıntılar qeydə alınıb. Şahidlər partlayış səslərinin güclü olduğunu, şəhər əhalisi arasında panika yarandığını bildirirlər. Həmçinin, bir sıra yaşayış məntəqələrinə maddi ziyan dəyib, yaralananlar var. İsrailin Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Xidməti zərərçəkənlərin sayını dəqiqləşdirmək üçün operativ qruplar cəlb edib.

Paralel olaraq, İsrail Hərbi Hava Qüvvələri də cavab zərbələri ilə Tehran istiqamətində genişmiqyaslı bombardman əməliyyatlarına başlayıb. İsrailin siyasi və hərbi rəhbərliyi daha əvvəl Tehranı “yer üzündən silmək” xəbərdarlığını etmişdi. Hazırda Tehranın ətraf bölgələrində güclü partlayışlar və yanğınlar müşahidə olunur.

Rəsmi məlumatlara görə, hər iki ölkənin strateji obyektləri və hərbi mövqeləri qarşılıqlı şəkildə hədəf alınır. İsrail Müdafiə Qüvvələri (IDF) və İran Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir. İki ölkə arasında bu cür kəskin eskalasiya beynəlxalq aləmdə ciddi narahatlıq doğurub.

Qeyd edək ki, İsrail və İran arasında uzun müddətdir davam edən gərginlik son günlərdə açıq hərbi qarşıdurmaya çevrilib. Beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri tərəfləri təmkinli olmağa və dərhal atəşi dayandırmağa çağırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyun 2025 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri