Icma.az
close
up
RU
İran hazırda daş dövrü ndə deyilmi?..

İran hazırda daş dövrü ndə deyilmi?..

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə il bundan əvvəl Avropaya köçən bizim bəzi siyasi-ictimai fəallarımız bir az emosiyaya - hissiyata qapılaraq, hətta ola bilsin, əsəbiləşərək, acığa düşərək "Azərbaycanı da Suriyaya çevirəcəyik!” kimi "bəyanat”lar verirdilər. 

Bir daha deyirəm ki, onların da çoxu əslində vətənpərvər insanlar idi, sadəcə, nə edəsən ki, gənc dövlətlər dərhal ideal demokratik, dərhal ədalətli, hətta hüquqi olmur, müəyyən, bəzən də haqsız anlaşılmazıq yaşayır insanların bir qismi. Hər şey bir yana, hamı tolerantlıqdan-dözümlülükdən danışır, amma özü haqqında kiçicik tənqidi bir söz-fikir oxuyanda az, qalır dünyanı dağıtsın: təəssüf, hamımıza aiddir bu...

O vaxt məcbur olub yazdım və dedim ki, qardaşlar, siz Azərbaycanı Suriyaya niyə çevirirsiniz, gücünüz-qüdrətiniz varsa, onu da Avropaya çevirin və hamımız sizlərə minnətdar olaq: axı biz də insanıq, yazıq deyilikmi, onsuz da otuz il müharibə yaşamışıq, nə günahımız var ki, durub hələ bir Suriya da yaşayaq?..   

Bunu niyə xatırladım? Ötən həftənin sonunda prezident Trampın amerikalılara müraciəti oldu. Bir cümlə diqqətimi xüsusilə cəlb etdi: bəli, Tramp İranı onu "daş dövrü”nə çevirəcəyilə hədələyirdi.

Bilirsiniz, dərhal ağlıma nə gəldi? Cənab prezident, İran elə indinin özündə "daş dövrü”ndə deyilmi? Bir tərəfdən oradan-buradan oğurlayıb raket quraşdırır, hətta atom silahı düzəltməyə çalışırlar, o biri tərəfdən üzərrik yandırmaqçün xüsusi qab icad edir, insanları şallaqlayır, az qala, hər gün qadınlara qarşı daha hansı yasaqlar-qadağalar tətbiq etmək haqda baş sındırır, müğənniyə oxumağı, yazıçıya yazmağı, rejissora film çəkməyi yasaq edirlər! Bunun özü artıq "daş dövrü” deyilmi? 

Həm də Siz niyə görə demirsiniz ki, Avropa, ABŞ bir yana, İranı da heç olmasa, Cənubi Koreyaya çevirəcəyik?

Yox, demirsiniz! İran çox böyük inqilabın astanasındaydı, amma şəxsən Siz hər şeyi korladınız! 

Əvvəl başladınız İrançün "yaxşı padşah”, daha sonra "yaxşı molla-ayətullah”axtarmağa! Dediniz ki, hətta İranda ruhani liderin seçkilərində iştirak etmək fikriniz var! Sonra isə bəyan etdiniz ki, hətta Hörmüz boğazına da ayəttlullahlarla birlikdə nəzarət edəcəksiniz! 

Mənim fikrimcə, İran böyük inqilabın ərəfəsində idi, Siz hər şeyi korladınız. İndi çoxu iddia edir ki, guya müharibə İranda hakimiyyətlə vətəndaşları birləşdirdi. Razıyam, olur belə şey. Uzağa niyə gedək, 1941-45-ci illərdə SSRİ-də Vətən müharibəsi zamanı 1937-ci ilin repressiyalarından keçmiş sovet xalqı alman faşizminə qarşı bolşevik hakimiyyətilə - Stalin ətrafında birləşdi! 

Hətta repressiyaların məhv etdiyi rus pravoslav kilsəsi belə Vətən müharibəsinə qoşuldu! Bir dəfə oxumuşdum ki, keçmiş ağqvardiyaçı – çar generallarından biri (general Denikin, yaxud general Vrangel) Avropada yaşayan keçmiş rus zabitlərindən, onların övladlarından bir divizya təşkil edib almanlara qarşı vuruşmağa göndəribmiş! Bir daha deyirəm ki, tarixdə belə şey olur! 

Amma İranın başqa dərdi var: indi hansı etirazlardan danışmaq olar? Ölkədə hərbi vəziyyətdir. Vəhşi SEPAH lazım gəlsə, hətta yüz min adamı birdən gülləbaran edər...

Belə vəziyyətlərdə, olsa-olsa, hərbi çevriliş ola bilər və vaxtında müxtəlif ölkələrə tətbiqən əcnəbi təhlilçilər həm də bu senarini də isitisna etməyiblər: əlbəttə, senarilərin heç də ən yaxşısı deyil, amma hətta qardaş Türkiyədə də vaxtında neçə belə hərbi çevriliş olubdur, hərbçilər ölkəni hansı potensial təhlükələrdən xilas etməyiblər? Amma qonşu İranda bunun ehtimalı demək olar ki, yoxdur, çünki bunların hərbçiləri də Qumda təhsil alıblar deyəsən! 

Belədə isə, kaş, İranda da 70-ci iillər böhranı zamanı mollalar yox, Pinoçet kimi bir general gələydi hakimiyyətə! Sonuncu Çilidə neylədi? Ölkəni azı o vaxt daha mütərəqqi olan Qərb-ABŞ müstəvisində saxladı, onun sola  - "kommunizmə” dreyfinə imkan vermədi, iqtisadiyyatı deyilənə görə, xeyli dirçəltdi, ölkənin xarici borclarını kəskin şəkildə azaltdı və ən başlıcası, lazım gələndə, vaxtı çatanda hakimiyyəti mülki siyasətçilərə təhvil verdi! Elə Türkiyədə də dəfələrlə belə olmamışdımı? 

Mollalar İrançün nə etdilər? Onu dünyanın ən "izqoy” ölkəsinə çevirdilər, zəngin ölkənin insanları indi mühairbə və humanitar fəlakət içindədir. Dövlət orta əsr feodalizmini xatırladır, heç olmasa, feodalizmdə konstitusiya-filan olmasa da, "cəngavərlik kodeksi” deyilən anlayış var idi..

Ona görə ABŞ prezidentinə xatırladardıq ki, biçarə İran camaatını "daş dövrü”-filanla qorxutmasın, onlar "daş dövrünə” hələ ötən əsrdə, 1979-cu ildə, molların qiyamı-"inqilabı” zamanı qayıtdılar!

Belədə isə lap əvvəldən yazmışdıq ki, Trampı ən az düşündürən məsələ İranda demokratik rejimin bərqərar olmasıdır, ona, olsa-olsa, uzağı, İranda da ərəb rejimləri kimi ABŞ –a loyal bir sistemin qurulması daha çox sərf edər. Ürək ağrıdan da elə budur! 

Hələ demirik ki, şəxsən bizi başqa məsələ də çox narahat edir: bu, da ABŞ siyasətçilərinin son on illərdə daha çox müşahidə olunan dini sayıqlamalarıdır: Biri yuxuda İsa peyğəmbərlə "danışdığını” deyir, digərinin yəhudi mistikasını–Kabbalanı "öyrənməsi” bəlli olur, üstəlik, özünü İsa peyğəmbərlə müqayisə etməsi məlum olur! 

Hələ 90-cı ilərdə, hamı yaxşı mənada liberal-azadlıq erforiyası yaşayanda bir fransız siyasətçisinin proqnozunu oxumuşdum: adam yazırdı ki, 21-ci əsrdə siyasətdə yenə millətçilik, xüsusən də din önə çıxacaq! Belə çıxır ki, adam düz deyirmiş?..

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Aprel 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see280

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see270

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see268

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see262

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see259

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see254

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see241

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see240

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see238

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see233

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see227

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see225

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see220

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see208

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see206

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see205

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see189

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see186

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see184

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri