“İran hazırda öz neftini sata bilmədiyinə görə...” Politoloq
Icma.az, Adelet.az saytına istinadən bildirir.
“ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi neft və qazın qiymətlərini astronomik səviyyəyə çatdırıb və bu hələ başlanğıcdır. Bu vəziyyətdən ən çox əziyyət çəkən ölkələrin başında Çin gəlir. Bu ölkənin iqtisadiyyatı enerji resurslarının davamlı və sabit şəkildə idxalından asılıdır. Çin Venesueladan və İrandan ucuz neft alırdı. İndi bu mümkün deyil. İranın Hörmüz boğazını bağlaması və atəş altında saxlaması Çinin ərəb ölkələrindən neft almasını da çətinləşdirib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Çin Hörmüz boğazından keçən bütün neftin 38%-ni alırdı:
“Pekin müharibə başlayandan bu yana tərəflərə bir neçə dəfə mesaj göndərib. Birinci dəfə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək, Hörmüz boğazı və ona bitişik suların malların və enerji daşıyıcılarının nəqli üçün mühüm beynəlxalq ticarət yolları olduğunu və bununla əlaqədar Çinin müvafiq tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı. Çinli diplomat ölkəsinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün sülhün təşviqi və müharibələrin qarşısının alınması, həmçinin problemin dialoq və danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu xatırlatdı. Pekinin bu çağırışı cavabsız qaldı.Pekin ikinci dəfə birbaşa Tehrana müraciət etdi. Çin hakimiyyəti enerjidaşıyıcılarının təhlükəsizliyini təmin etmək məqsədilə İrana müraciət edərək Hörmüz boğazının açıq saxlanılmasını və neft-qaz nəqliyyatına qarşı hücumlardan qaçınılmasını tələb etdi. Pekin körfəzi ölkələrindən, xüsusilə Qətərdən gələn enerji tədarükündən böyük dərəcədə asılı olduğu üçün Tehranı gərginliyi artırmamağa çağırdı. Pekinin çağırışında qlobal və Çin bazarları üçün həyati əhəmiyyət kəsb edən enerji marşrutlarına zərbə vurulmaması qeyd edildi. Ancaq Tehran bu çağırışa da reaksiya vermədi. Çin İranın strateji tərəfdaşı olmasına baxmayaraq, Hörmüz boğazından keçməyə çalışan tankerləri hədəf almaqdan imtina etmək istəmir. İran hazırda öz neftini sata bilmədiyinə görə Körfəz ölkələrinin də qaz və neft nəqlinə mane olmaq siyasətinə üstünlük verir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 11 Mart 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















