“İran heç vaxt, heç vaxt, heç vaxt nüvə silahına sahib olmayacaq”
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi blokada qüvvədə qalır və İran boğazla bağlı “oyun oynamağa” davam edərsə, Prezident Donald Trampın bütün zəruri fəaliyyət variantları var.
Yeniavaz.com xəbər verir ki, b barədə “Associated Press” məlumat yayıb.
“İran Hörmüz boğazı ilə bağlı oyun oynamaq istəyir. Onlar boğaza nəzarət etmir, biz nəzarət edirik”, – Heqset şənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, blokada səbəbindən boğazdan demək olar ki, heç nə keçmir:
“Eyni zamanda ABŞ qüvvələri hər gecə gəmilərin hərəkətini demək olar ki, müharibədən əvvəlki səviyyədə təmin etməyə davam edir. Vaşinqton öz mövqeyini çox güclü hesab edir və İranı düzgün seçim etməyə çağırır. Əks halda, Trampın qarşısında bütün zəruri fəaliyyət variantları var.
Prezident bu hadisələrin lüzumsuz şəkildə uzanmasına imkan verməyəcək. O, problemin nədən ibarət olduğunu başa düşür və müvafiq əmr aldıqda bunu həyata keçirə bilərik”.
Heqset həmçinin bildirib ki, Tramp İranın nüvə silahına sahib olmasına imkan vermək niyyətində deyil:
“İran heç vaxt, heç vaxt, heç vaxt nüvə silahına sahib olmayacaq. Prezident Tramp bunun baş verməməsini təmin etməkdə qətiyyətlidir”.
Bu mövzuda digər xəbərlər:Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
17 İyun 2026 15:29
“İran heç vaxt nüvə silahına sahib olmayacaq” Netanyahu
25 May 2026 12:13
İran heç vaxt nüvə silahına sahib olmayacaq Tramp
08 İyul 2026 21:22
ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq
12 Aprel 2026 18:56
Baxış sayı:96
Bu xəbər 04 Oktyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















