Icma.az
close
up
RU
İran həm relyef baxımdan, həm də daxildəki ictimai siyasi vəziyyət baxımdan Venesuela ilə oxşar ölkə deyil

İran həm relyef baxımdan, həm də daxildəki ictimai siyasi vəziyyət baxımdan Venesuela ilə oxşar ölkə deyil

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Türkiyə ABŞ-ni Venesuelanın təcrübəsini İranda təkrarlamamağa çağırır, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hakan Fidan bildirib. Amerikanın İrana mümkün müdaxiləsinə gəldikdə isə, Fidan bildirib ki, o amerikalı dostlarına bunu etməməyi məsləhət görür. "Bundan başqa bir Venesuela düzəltməyin."-deyə Hakan Fidan qeyd edib.İranı Venesuelanın aqibəti gözləyə bilərmi?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "İran Venesuelanın taleyini yaşaya bilərmi?" sualına birmənalı fikir söyləmək mümkün deyil, amma istisna edilməyən variantlardan biri də məhz budur: “Venesuelada Maduroya qarşı çox böyük hərbi əməliyyatlar olmadan addım atıldı, yəni rejimin başındakı şəxs həbs edilərək Amerikaya aparıldı. İranda bu variant kifayət qədər mürəkkəbdir. İran həm relyef baxımdan, həm də daxildəki vəziyyət baxımdan Venesuela deyil”.

Oqtay Qasımov

“Hazırda Amerika Birləşmiş Ştatlarının "Avraam Linkoln" aviadaşıyıcısı İran sərhədlərinin yaxınlığına qədər gəlib və bu ərazilərdə, bu coğrafiyada geniş hərbi birləşmələr cəmləşdirilib. Bundan başqa, Amerika Birləşmiş Ştatları həm də Yaxın Şərqdəki tərəfdaşlarını qorumaq üçün bölgəyə əlavə “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemləri yerləşdirməkdədir. Eyni zamanda tanker təyyarələri də bölgəyə yönləndirilib. Bu baxımdan Birləşmiş Ştatlar Trampın qərarından asılı olaraq, hərbi əməliyyatlar həyata keçirə bilər”-deyə Oqtay Qasımov qeyd edib.

“İran rejimi Əli Xameneini Tehran yaxınlığındakı bunkerlərin birində qorumağa çalışır. Amerika Birləşmiş Ştatlarının da hədəfləri bəllidir. Görünən odur ki, Venesuela variantı real variantlardan biri kimi tətbiq oluna bilər. Çünki strateji hədəflərin vurulması və rejimin "başsızlaşdırılması" ssenarisi indi daha çox ağlabatan versiyalardan sayılır”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri