Icma.az
close
up
RU
İran hərbi paradda İsrailin zərbələri nəticəsində dəyən ziyanı da təsdiqləyib

İran hərbi paradda İsrailin zərbələri nəticəsində dəyən ziyanı da təsdiqləyib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran mümkün hücumlara qarşı hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirir. Bu addımlar, İsrailin ötən il "S-300" sistemlərinə endirdiyi zərbələrdən sonra atılır. Hərçənd ki, bu sistemlərə ziyan dəyib, ekspertlər zədələnmiş hissələrin bəzilərinin bərpa olunduğunu və ümumilikdə HHM infrastrukturunun böyük hissəsinin salamat qaldığını bildirirlər.

Bizimyol.info xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, Tehran uranın zənginləşdirilməsi proqramı üzrə danışıqların uğursuzluğa düçar olacağı halda, ABŞ və ya İsrailin mümkün hücumlarına qarşı müdafiəni gücləndirir.

Qəzet yazır ki, İrana məxsus HHM sistemləri – o cümlədən Rusiya istehsalı olan uzaqmənzilli "S-300" zenit-raket kompleksləri və müasir radarlar – 2024-cü ilin oktyabr və aprel aylarında İsrailin endirdiyi zərbələr nəticəsində ciddi zərər görüb. Bununla yanaşı, İsrailin İranın proksi qüvvələri – o cümlədən Hizbullah və husilərə qarşı uğurlu zərbələri də Tehranın müdafiə qabiliyyətini son onilliklərdə ən zəif vəziyyətə salıb.

Buna baxmayaraq, "Financial Times"a danışan ekspertlər bildiriblər ki, İranın HHM sistemlərinin əhəmiyyətli hissəsi ya zərərsiz qalıb, ya da son aylarda bərpa olunub.

Qərb kəşfiyyatının məlumatları və peyk görüntülərinin təhlilinə əsasən, İran "S-300" sistemləri də daxil olmaqla raket buraxılış qurğularını əsas nüvə obyektləri – Natanz və Fordoya – yaxın ərazilərə köçürüb. Qəzet yazır ki, İran həmçinin hərbi texnikasını nümayiş etdirir – məsələn, keçən ay Tehranda keçirilmiş “Ordu günü” münasibətilə təşkil olunan hərbi paradda.

Fevral ayında keçirilən hərbi təlimlərdə İran orijinal Rusiya istehsalı olan radar əvəzinə yerli istehsal olan radarla "S-300" sistemindən istifadə edib. Bu, orijinal radarların zədələndiyini göstərir, deyə Karnegi Fondunun tədqiqatçısı Nikole Grajevski bildirib. “İran açıq şəkildə sübut etməyə çalışır ki, onun qabaqcıl HHM sistemləri tamamilə məhv edilməyib,” – deyə Grajevski bildirib.

Qəzet qeyd edir ki, ötən il İsrailin həyata keçirdiyi zərbələr zamanı radar stansiyaları və raket qurğuları ballistik raketlərlə vurulub. Bu raketlər "S-300" sistemlərinin maksimal 200 km olan fəaliyyət radiusundan daha uzaq məsafədən buraxılıb. "Rafael" şirkəti tərəfindən istehsal olunan İsrail raketlərinin sürətləndirici hissələri hədəfdən yüzlərlə kilometr uzaqda – İraq səhrasında tapılıb.

Bu zərbələrin effektivliyi hələ də mübahisə doğurur. Peyk şəkillərində bir sıra birbaşa zərbələrin olduğu, məsələn, 2024-cü ilin aprelində İsfahan yaxınlığında yerləşən "S-300" radar yük maşınının vurulduğu görünür. Lakin oktyabr zərbələrindən sonra çəkilmiş görüntülərdə isə bir çox "S-300" platformalarının boş olduğu müşahidə edilib. Bu isə həmin sistemlərin məhv edildiyini, yoxsa sadəcə olaraq köçürüldüyünü dəqiq deməyə imkan vermir. “Əlimizdə dəqiq sübutlar azdır,” – deyə Ceyms Martin Nüvə Yayılmasının Qarşısının Alınması Mərkəzinin tədqiqatçısı Səm Lair bildirib.

Bununla belə, İranın ciddi zərər gördüyü aydındır. Qərb kəşfiyyat orqanlarının məlumatına əsasən, Tehran ötən il HHM sistemlərinin “gözləntiləri doğrultmadığını” düşünür və buna görə də, raket buraxılış qurğularının və radarların yerinin dəyişdirilməsi və diversifikasiyası kimi tədbirlər görüb.

"Financial Times" əlavə edir ki, Səm Lair və daha iki tədqiqatçı bu həftə İranın təbliğat məqsədli videosunun fraqmentini təhlil ediblər. Təhlil zamanı təsadüfən İran HHM komanda mərkəzinin daxili strukturu üzə çıxıb. Detallı analiz göstərib ki, İranın hava hücumundan müdafiəsi "parçalanmış xarakter daşıyır".

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri