Icma.az
close
up
RU
İran heyəti Nazirlər Kabinetində

İran heyəti Nazirlər Kabinetində

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiqlə görüşüb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Azərbaycan və İran prezidentləri arasında təmasların ikitərəfli gündəliyin müəyyən edilməsi, həmçinin dövlətlərarası münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı baxımından böyük önəm kəsb etdiyi vurğulanıb.

Qeyd edilib ki, prezidentlər arasında təmaslar və konstruktiv dialoq son dövrlərdə Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasına təkan verib, bu da əlaqələrin dinamik inkişafının təzahürüdür.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin əhəmiyyətinə toxunularaq, bu səfərin tarixən dostluq və mehriban qonşuluqdan qaynaqlanan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminlik ifadə olunub.

Azərbaycan–İran əlaqələrinin bu gün müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, bir çox istiqamətlərdə, xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib.

İqtisadi-ticari əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq, qarşılıqlı ticarət dövriyyəsinin həcminin ötən il 32 faizdən çox artdığı qeyd edilib. Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərin göstərildiyi diqqətə çatdırılıb.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafı vurğulanıb, Azərbaycanda fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrini əhatə etdiyi qeyd olunub.

Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. Bildirilib ki, 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20 faiz, tranzit daşımaları isə 23 faizdən çox artıb.

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların hər iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək, bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasından, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb. Bunların sırasında Şimal–Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa olunmuş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edilib. Həmçinin Şərq–Qərb dəhlizinin inkişafının, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını, Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti vurğulanıb, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun, bununla yanaşı, Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan marşrutunun da gələcəkdə istifadəyə verilməsinin regionda yük və sərnişin daşımaları baxımından yeni imkanlar açacağına əminlik ifadə olunub. Bu marşrutların körfəzi Qara dənizlə birləşdirən ən əlverişli marşrutlardan birinə çevriləcəyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın da uğurlu layihələrlə müşayiət olunduğu və nümunəvi xarakter daşıdığı bildirilib. Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, su elektrik stansiyaları, həmçinin Ordubad və Marazad su elektrik stansiyaları ilə bağlı Azərbaycan–İran əməkdaşlığının önəminə toxunulub.

Bildirilib ki, elektrik enerjisi sahəsində əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilib. Azərbaycan ilə İran arasında 5 nöqtədə ümumi ötürmə gücü 860 MVt olan elektrik ötürücü xətlərin qarşılıqlı bağlantısı mövcuddur, bu da enerji təhlükəsizliyinin və dayanıqlı əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır.

Bununla yanaşı, Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə bərabər, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.

Neft-qaz sahəsində həyata keçirilən uğurlu layihələrin önəmi vurğulanaraq, bu sahədə əməkdaşlıq üçün yeni imkanların mövcud olduğu məmnunluqla qeyd edilib.

Səfər zamanı həmsədrlər ikitərəfli layihələrin bir neçəsinin icra vəziyyəti, həmçinin bir sıra infrastruktur obyektlərinin fəaliyyəti ilə tanış olacaqlar.

Tərəflər Azərbaycan–İran əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq, mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşün sonunda bu il yanvarın 22-də Tehran şəhərində keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının nəticələrinə dair imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və fars dillərində olan əsl nüsxələrinin mübadiləsi həyata keçirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri