İran hökuməti Azərbaycanda bulud səpilməsi layihəsinə başlayır
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran hökuməti Şərqi Azərbaycan vilayətində bulud səpilməsi layihəsinə başlayır.
Ölkə.Az xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əliabadi Təbrizdə mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu üsul yaranmış su qıtlığı problemini tamamilə həll etməsə də, su ehtiyatlarının idarəsi üsullarından biri kimi təsirli ola bilər. Son illər ölkədə yağıntı miqdarı azalıb, su qıtlığı var.
“Su israfının qarşısını almaq nazirliyin prioritet istiqamətlərindəndir. Bulud səpilməsi texnologiyası bir sıra dövlətlərdə, o cümlədən İranda artıq tətbiq olunur. Bu üsul yaranmış su qıtlığı problemini tamamilə həll etməsə də, su ehtiyatlarının idarəsi üsullarından biri kimi təsirli ola bilər. Qərbi Azərbaycan vilayətində də bu layihə həyata keçiriləcək”, - deyə Abbas Əliabadi əlavə edib.
Nazirin sözlərinə görə, bu üsul Urmiya gölünün yenidən bərpasına da töhfə verə bilər.
Baxış sayı:51
Bu xəbər 06 Mart 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















