İran hökuməti əxlaq polisini ləğv etməyi planlaşdırır
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran hökuməti hicabla bağlı yeni qanunda əxlaq polisinin fəaliyyətini ləğv etməyi nəzərdə tutur.
Bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Parlamentin spikeri təşəbbüsün qəbul edilməsi müddətini dəqiqləşdirməyib.
"Həm müsbət, həm də mənfi aspektləri əhatə edən bir qanun qəbul edilməli idi. Yeni qanunda əxlaq polisi tamamilə ləğv edilib. Lakin hökumətin digər sahələrdə həll edilməli olan bəzi problemləri var", - paylaşımda vurğulanıb.
Qeyd edib ki, hicab geyinilməsi artıq ölkənin digər bir qanunu ilə təsbit edilib.
İranın Cinayət Məcəlləsi artıq hicab geyinmə qaydalarının pozulmasına görə cəzalar nəzərdə tutur. Müntəzəm qayda pozanlar 15 ilədək həbs cəzasına məhkum edilə bilərlər.
///Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Mart 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















