Icma.az
close
up
RU
İran hökuməti milli valyutanın denominasiyasını təsdiq edib

İran hökuməti milli valyutanın denominasiyasını təsdiq edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 avqust, AZƏRTAC

İran hökuməti bazar ertəsi, avqustun 12-də milli valyutanın - rialın 4 sıfırını azaltmaq üçün qanun layihəsini təsdiqləyib.

AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, müvafiq qərar Prezident Məsud Pezeşkianın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında səs çoxluğu ilə qəbul edilib. Layihəyə əsasən, bir yeni rial 10.000 köhnə nominala bərabər olacaq. Keçid dövrü köhnə və yeni valyutaların eyni vaxtda dövriyyəyə buraxılmasını nəzərdə tutur.

İran hökumətinin sözçüsü Fatemeh Muhaceraninin sözlərinə görə, valyutanın dəyişməsi uzunmüddətli prosesdir.

Bundan əvvəl İran parlamentinin iqtisadi Komissiyası bu addımı valyuta və bank sistemi haqqında qanuna dəyişikliklər çərçivəsində təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.

Hakimiyyət islahatın hesablaşma xərclərini minimuma endirmək, monetar əməliyyatlarda rəqəmlərin həcmini azaltmaq və beynəlxalq bazarlarda rialın mövqeyini gücləndirmək məqsədi daşıdığını vurğulayır.

Eyni zamanda, bəzi iqtisadçılar hesab edirlər ki, sıfırların götürülməsi özlüyündə inflyasiyaya və qiymətlərə təsir etməyəcək və məbləğlərin yuvarlaq olması istehlakçılar tərəfindən onları artıra bilər.

İranın milli valyutası son illərdə beynəlxalq sanksiyalar, iqtisadi idarəçilik və regional qeyri-sabitlik fonunda xeyli dəyər itirib. Rəsmi məzənnə bir ABŞ dolları üçün təxminən 42 min rial olduğu halda, qara bazarda bu rəqəm 920 mindən yuxarıdır.

Rial İranda rəsmi pul vahidi olaraq qalır. İlkin olaraq onun “tümən” ilə əvəzlənməsi təklif edilsə də, parlamentin iqtisadi Komissiyası Mərkəzi Bank haqqında qanuna uyğun olaraq “rial” adının saxlanmasına qərar verib.

Hökumət qeyd edir ki, islahat texniki xarakter daşıyır, valyutanın real dəyərini dəyişməyəcək və ölkənin beynəlxalq maliyyə öhdəliklərinə, o cümlədən BVF ilə münasibətlərinə təsir göstərməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri