“İran “hörmət əlaməti” olaraq ABŞ yə 20 neft tankeri göndərir” Tramp
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran bazar ertəsindən etibarən Hörmüz boğazı vasitəsilə ABŞ-yə 20 neft tankeri göndərməyə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bu addımı “hörmət əlaməti” kimi qiymətləndirib.
Onun sözlərinə görə, söhbət “böyük neft daşıyan gəmilərdən” gedir və proses yaxın saatlarda başlayacaq.
ABŞ prezidenti həmçinin İranla aparılan danışıqların “çox yaxşı getdiyini” qeyd edib. O, tərəflər arasında razılaşmanın əldə olunacağına “demək olar ki, əmin” olduğunu bildirsə də, bunun baş verməməsinin də mümkün olduğunu vurğulayıb.
Tramp əlavə edib ki, Vaşinqton və Tehran arasında danışıqlar həm birbaşa, həm də dolayı yollarla aparılır. O, mümkün hərbi müdaxilə ilə bağlı suala cavabında ABŞ-nin “çoxsaylı alternativlərinin” olduğunu deyib.
Prezidentin sözlərinə görə, İran tərəfi ilə danışıqlar gözləniləndən daha sürətlə irəliləyir:
“Biz qrafikdən həftələrlə irəlidəyik. Qarşımızda əvvəl işləmədiyimiz, amma çox məntiqli davranan yeni bir qrup var”.
Xatırladaq ki, İran ötən həftə ABŞ-nin müharibəyə son qoymaq üçün irəli sürdüyü 15 maddəlik planı rədd edib. Rəsmi Tehran bəyan edib ki, mümkün atəşkəs yalnız öz şərtləri və vaxt çərçivəsində baş tuta bilər.
Bu mövzuda digər xəbərlər:Tramp: İran ABŞ a 20 neft tankeri verəcək
30 Mart 2026 08:29
Almanlar bunu oruc tutanlara hörmət əlaməti olaraq ediblər...
26 Fevral 2026 18:50
CNN: Tramp Türkiyədə keçirilən NATO sammitinə yalnız Ərdoğana hörmət əlaməti olaraq qatılıb
07 İyul 2026 16:15
İran ABŞ yə və mənə hörmət bəsləyir
24 İyun 2026 16:51
Hörmət əlaməti, yoxsa münaqişə mənbəyi? Ailələrdə ad davası
10 Avqust 2026 21:00
Baxış sayı:114
Bu xəbər 30 Mart 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















