İran Hörmüz boğazına nəzarəti itirib?
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Yaydan bəri Hörmüz boğazı vasitəsilə təxminən 1,5 milyard barel neft daşınıb.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.
Son aylarda Hörmüz boğazına istiqamətlənən kommersiya gəmilərinin 95 faizi insidentsiz şəkildə boğazdan keçib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərinin pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqinin dayandırılacağına və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiq göstərilməsi strategiyasına keçiləcəyinə faktiki olaraq işarə edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















